Icma.az
close
up
RU
Boğazdakı böhran səmaya sıçradı Qiymətlər od tutub yanır

Boğazdakı böhran səmaya sıçradı Qiymətlər od tutub yanır

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dünya iqtisadiyyatının əsas arteriyalarından sayılan Hörmüz boğazındakı gərginlik artıq dəniz səviyyəsindən səmaya, uçuş qiymətlərinə qədər sıçrayıb. Yaxın Şərqdəki geosiyasi təlatümlər qlobal enerji bazarını silkələməklə yanaşı, beynəlxalq aviasiya sektorunu da qeyri-müəyyənliklə üz-üzə qoyub.
Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, Hörmüz Boğazı bir sıra xüsusiyyətləri ilə qlobal iqtisadiyyatda və ticarət münasibətlərində əhəmiyyətli rol oynayır:
"Xüsusilə enerji daşıyıcılarında, o cümlədən neft tranzitində təxminən 20-25 faiz paya malikdir. Sıxılmış qazın tranzitində 30 faizə qədər, neft məhsulları, o cümlədən gübrələrin idxal-ixrac əməliyyatlarında 30-35 faizə qədər, taxılın idxal-ixrac prosesində 40 faizə qədər payı olan çox əhəmiyyətli keçidlərdən biridir. Və bu qazın istifadəsi imkanlarının məhdudlaşdırılması, İran tərəfindən məhdudiyyətlərin tətbiq edilməsi, daha sonra ABŞ tərəfindən blokadanın tətbiq edilməsi qlobal ticarət zəncirinin halqaları arasında pozulmalara gətirib çıxarmaqla burada həm alternativ marşrutlar üzrə xərclərin yaranmasına, həm gecikmələrin ortaya çıxmasına və həmçinin bir sıra resursların, xüsusilə də körfəz ölkələrinin enerji resurslarının dünya bazarlarına çıxarılması imkanının məhdudlaşmasına gətirib çıxararaq qiymət artımlarını kəskin şəkildə şərtləndirir".
O bildirib ki, konjonktur təbii ki, bütün mal və xidmətlərə öz mənfi təsirini göstərir, onların qiymətlərinə mənfi təsir edir:
"Çünki dəyər zəncirində yaranmış fasilə qıtlığa, qıtlıq isə öz növbəsində qiymət artımlarına gətirib çıxaran əsas faktorlardan biridir. O cümlədən təbii ki, aviasiya sahəsində xüsusilə yanacaq xərclərinin əhəmiyyətli səviyyədə artmasına gətirib çıxarıb və bu günlərdə artıq müvafiq istiqamətdə aviasiya şirkətlərinin qərarlar alması ilə bağlı məlumatlar yayılır.
Ötən gün Lufthansa artıq 20 min uçuşun təxirə salınması ilə bağlı qərar qəbul etmək məcburiyyətində qaldı. Digər hava yolu şirkətləri də bir çox istiqamətlərdə uçuşları təxirə salırlar. Xüsusilə də aşağı büdcəli hava yolu şirkətlərinin, yəni "low coster"lərin xərclərinə bu daha ciddi təsir göstərməklə müvafiq siyasəti davam etdirmək imkanlarını məhdudlaşdırır və bu prosesin nə qədər davam etməsindən asılı olaraq, təbii ki, qiymətlərə təsiri də bir o qədər dərin olacaqdır. Əgər proses uzanarsa, qiymətlər daha da artacaq, qalıcı xarakterli əsaslar formalaşacaq və bu uzun müddət aviasiya sahəsində qiymətlərin artmasına gətirib çıxaracaq. 
Burada proses iki istiqamətli gedir. Eyni zamanda qiymətlərin artması sifarişlərin də əhəmiyyətli səviyyədə azalmasına gətirib çıxarıb. Rezervasiyalardan imtina ilə nəticələnib. Bir çox istiqamətlər üzrə artıq bu özünü göstərir. Bu da başqa bir problemin yaranması ilə nəticələnə bilər. Belə ki, aviasiya sahəsində əsas parametrlərdən biri də hava nəqliyyatının doluluq əmsalıdır. Əgər doluluq əmsalı müvafiq qiymət artımları kontekstində hansısa formada aşağı düşəcəksə, insanların səyahət davranışlarında dəyişikliklər baş verəcəksə, bu zaman aviasiya sahəsində səmərəli fəaliyyətin təşkil imkanları məhdudlaşacaq".
Onun sözlərinə görə, bütün bunlar Azərbaycan kontekstində də gözlənilən təsirlərdir və artıq aviasiya sahəsində qiymətlərin artması ilə bağlı müəyyən məlumatlar gəlir:
"Hava yolu şirkətləri, eyni zamanda Azərbaycana uçuşlar təşkil edən digər xarici rezident hava yolu şirkətləri də qiymətləri artırır. Bu da səyahətlərin sayının azalmasına, turizm sahəsində, qlobal turizmdə daralmaya, o cümlədən Azərbaycanda da turizm sahəsində risklərin daha qabarıq formada ortaya çıxmasına gətirib çıxara bilər.
Təbii ki, bütün bu qeyd etdiyimiz təsirlər prosesin dərinliyindən asılı olaraq özünü göstərəcək. Yəni prosesin nə qədər müddət davam edəcəyi və hansı səviyyələrdə qiymət artımları ilə nəticələnəcəyi əsas amildir. Çünki bunlar tələb və təklif istiqamətində bir-biri ilə birbaşa əlaqəlidir və ümumiyyətlə aviasiya sahəsində xərclərin bəzi hallarda 20-35 faizi yanacaq xərclərindən ibarət olur. Bunun qiymətinin bahalaşması isə aydındır ki, biletlərin qiymətinin bahalaşmasına, istehlak səviyyəsində tələbin aşağı düşməsinə, təyyarələrin tutumundan istifadə imkanının zəifləməsinə, səmərəli istifadə imkanlarının azalmasına və bunun yaratdığı əlavə xərc fonunda aviasiya şirkətlərinin fəaliyyətində zərər riskinin artmasına gətirib çıxarır", - deyə o qeyd edib.
Nəticə etibarilə, biletlərin bahalaşması həm qlobal, həm də yerli turizm sektorunda daralmaya səbəb ola bilər. Prosesin nə qədər davam edəcəyi və qiymətlərin hansı həddə dayanacağı isə birbaşa Yaxın Şərqdəki siyasi temperaturdan asılı olacaq.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:148
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 24 Aprel 2026 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri