Icma.az
close
up
RU
Böhran dövrünün masteri

Böhran dövrünün masteri

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Santuş “Beşiktaş”dan qovulandan sonra Azərbaycan millisinin başına gətiriləndə bu yanlış, hörmətsiz addımın xəyanət qədər ağır olduğunu düşünmüşdüm. Belə məsuliyyətsiz, özbaşına addımı atan AFFA rəhbərliyi qınaqlara məhəl qoymur, sıralanan biabırçı nəticələrə görə vicdan əzabı çəkmirdi.

Zamanla daha bir sarsaq reallığı sezməyə başladıq. Hiss olunurdu ki, portuqaliyalı mütəxəssis burda tam məsuliyyətilə işləmir. O, təzminatını almaq əvəzinə o pula millimizdə “zəhlətökən iş” üçün təhkim olunduğunu hiss edirdi sanki, ya hansı səbəbdənsə işləmirdi.

Milli tarixinin ən pis nəticələrinə uğrayan bu vecsiz qocadan yaxa qurtarmaq üçün cəhd edənlərə əhsən düşür. İndi bu vacib işi bacaranların qarşısında ondan da vacib missiya durur – Santuşun təyinatı açıqlanarkən AFFA İcraiyyə Komitəsində susanlara hesab sormaq. Onlar bu hörmətsiz, əzici təyinatın qarşısında susmaqla xəyanətin şahidləri kimi məsuliyyət daşıyırlar. Bir dəfə xəyanət edən yenə edəcək…

Yeni isteblişment formalaşdırılmasa, sonra gec olacaq və əvvəlkindən daha pis hadisələr yaşanacaq.

Elşad Nəsirov & Co. pusqudadır, sakitlik sizi aldatmasın…

Ayxan Abbasovun biroyunluq məsuliyyətin öhdəsindən necə gəldiyini gördük. Ukrayna millisi heç də yaxşı dövrünü yaşamasa belə, “dövlət bəyin ölüsü də gözəldir” misalındakı fəlsəfə kimi – biz zəngin ənənəsi olan rəqibə qarşı döyüşüb xal qazandıq. Bizim potensialımızı maksimum şəkildə üzə çıxarmaq da asan iş deyil, Abbasov bunu bacardı.

Abbasov bu oyun və nəticəylə həm də böyük bir reallığın üstünü açdı. Biz öz potensialımıza güvənməliyik.

Pizza üçün inqridientlərimiz yoxdur, əcnəbi gətirməklə əlimizdə olanlarla “pizza icad edə bilmərik”. Bizim potensialımız kətəyə yetir, onu da ən yaxşı bişirə biləcək əl özümüzdədir.

Post-Elxan dövrünün ən böyük yanılması Santuş təyinatı və onun fəsadları idisə, post-post-Elxan dövrü bu yanlışın üzərinə yürüməklə rəğbət qazanıb. Bu rəğbətin inama, hörmətə çevrilməsi isə doğru həmlələri davam etdirməkdir.

Dayanmaq olmaz. Sərxan Hacıyev kimi stop-kadrın özünü düşünməkdən başqa heç nəyə yaramaması bütün camiənin azı 1 il itirməsinə səbəb oldu. İndi o, qorxaq yanaşmalarının “zövqünü yaşasın”…

Hacıyevin buraxdığı səhvləri buraxmaq? Olmaz!

Mənfəətbaz, qorxaq, yanlış addım atanlar qəbulolunmazdır.

Kamil Əhməd

P.S. Ayxan bəyə, böhran dövrünün masterinə əhsən! Həqiqətləri layiqli zəhmət üzə çıxarır.

Həqiqətlərin çiçəklənməsi üçünsə niyyəti doğru olan addımlar atılmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 10 Sentyabr 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see336

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see270

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see257

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see257

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see253

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see243

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see242

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see240

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see240

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see233

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see226

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see225

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see216

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see215

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see215

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see212

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see193

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see191

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see182

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri