Icma.az
close
up
RU
Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj Cavab olacaq!

Böhran kritik həddə: Bakıdan Moskvaya açıq mesaj Cavab olacaq!

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ilə Azərbaycan arasında gərginlik davam edir. Hazırda münasibətlərin gələcəyi sual altındadır. Bəzi analitiklər düşünür ki, barışıq olsa belə, əlaqələrin əvvəlki səviyyəyə qayıtması mümkün deyil. Bildirilir ki, Moskvanın öhdəliklərini yerinə yetirməməsi başqa problemlərə də yol açma ehtimalını artırır. Buna baxmayaraq, ekspertlər diplomatik yolla həll yollarının axtarılmasının vacib olduğunu vurğulayırlar. 

Rusiya–Azərbaycan arasındakı gərginlik hara qədər davam edəcək? Münasibətlərdə qırılma nöqtəsi, pik hədd nə ola bilər?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, AZAL təyyarəsinin vurulmasından sonra Kremlin sərgilədiyi davranış ciddi gərginliyə yol açdı:

“Ardınca isə Yekaterinburqda soydaşlarımıza qarşı həyata keçirilən vəhşi siyasət nəticəsində münasibətlər kritik həddə çatdı. Tərəflərin münasibətlərində qırılma nöqtəsi mümkündür, lakin vəziyyətin o həddə çatması arzuolunan deyil. Ona görə də rəsmilər bu istiqamətdə çalışmalıdırlar. Azərbaycan bu yöndə pozitiv açıqlamalar verir və həqiqətən istəyir ki, Rusiya ilə münasibətlərini normal, qarşılıqlı qaydada inkişaf etdirsin. Lakin Rusiyanın bəyanatları və öhdəliklərini yerinə yetirməməsi gərginliyi davam etdirir”.

Həmçinin oxuyun:

Xameneinin adamı “qoymadıq” dedi, Pezeşkian oxları Bakıya çevirdi – İranı ikiyə ayıran Zəngəzur PLANI

Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, Rusiyada aparılan kampaniya sübut edir ki, hələ də Azərbaycanla münasibətlərin gərgin olmasında maraqlı qüvvələr var:

“Bu qüvvələr imperiya ambisiyaları ilə faktiki olaraq müstəmləkə siyasətlərini həyata keçirməyə çalışırlar. Rəsmi Bakı digər ölkələrin maraqlarına zərər verməyəcək şəkildə xarici siyasətini yürüdür. Əgər kimsə bundan qıcıqlanır, yenidən əvvəlki xəyallarla yaşamaq istəyirsə və ya müstəqil siyasətimizə mane olmaq niyyətindədirsə, əlbəttə, cavabımız olacaq. Bu, yalnız Kremlə aid məsələ deyil, həmçinin digər dövlətlərlə münasibətlərdə də bunu müşahidə etmişik. Məsələn, Qərbin ən önəmli ölkələrindən biri olan Fransanın Azərbaycanın daxili işlərinə müdaxiləsinə çox güclü bir cavab verdik və faktiki olaraq geri çəkilməyə məcbur oldular. Bakıda keçirilən neokolonizm əleyhinə tədbirlərin bu gün öz nəticələrini verdiyinin əyani şahidiyik. Azərbaycana uzadılan dilin cavabı mütləq veriləcək. İstər Qərb, istər Şərq, istərsə də başqa yerdən olsun, heç bir fərqi yoxdur”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 31 İyul 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri