Icma.az
close
up
RU
Boks federasiyası prezidentinin müşaviri: Gəncə və Naxçıvan şəhərlərində böyük boks bazalarının inşası planlaşdırılır

Boks federasiyası prezidentinin müşaviri: Gəncə və Naxçıvan şəhərlərində böyük boks bazalarının inşası planlaşdırılır

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

"Bakıda belə bir tədbirin keçirilməsi təqdirəlayiq haldır".

İdman.biz xəbər verir ki, bunu Azərbaycan Boks Federasiyası prezidentinin müşaviri Samir Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O, Bakıda keçirilən kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri ilə bağlı fikirlərini bölüşüb: "Burada 9 ölkədən 175 boksçu iştirak edir. Xüsusi ilə vurğulamaq istəyirəm ki, Böyük İpək Yolu turnirində kişi boksçularımızla yanaşı qadın boksçularımız da iştirak edir. Bildiyiniz kimi, 2028-ci il Los-Anceles Olimpiadasında tarixdə ilk dəfə gender bərabərliyi olacaq. Olimpiadaya 7 qadın, 7 kişi boksçu lisenziya qazana bilər. Buna görə də Azərbaycan Boks Federasiyası olaraq, qadın boksunun inkişafına da xüsusi önəm veririk. Təqdirəlayiq haldır ki, artıq bu gün iki qadın boksçumuz çempion oldu, biri isə gümüş medal qazandı. Həmçinin bu yaxınlarda Serbiyada keçirilən Gimnaziadadan səkkiz qız boksçumuz medalla döndü. Bunlar hamısı 2028-ci il üçün hazırlıq planımızın tərkib hissəsidir".

Samir Hüseynov Serbiyada keçirilən ISF Gimnaziadada boksçularımızın çıxışını da dəyərləndirib: "Sevindirici haldır ki, Gimnaziadada iştirak edən 22 boksçumuzdan 21-i medalla döndü. Azərbaycanda boksun inkişafı üçün aşağı siniflərdən başlayaraq öz boksçularımızı yetişdirmək istəyirik. Legionerlər dəvət etmək əvəzinə öz idmançılarımızı inkişaf etdirmək əsas hədəflərimizdəndir. Xüsusilə də vurğulamaq istərdim ki, regionlardan çox yaxşı boksçularımız çıxır. İnşallah bu ayın sonu Lənkəranda cənub regional boks mərkəzinin açılışı nəzərdə tutulub. Eyni zamanda, federasiyasımızın strateji planına uyğun olaraq, Gəncə və Naxçıvan şəhərlərində böyük boks bazalarının inşası planlaşdırılır. Artıq bununla bağlı ilkin işlərə başlanılıb".

Qeyd edək ki, Böyük İpək Yolu beynəlxalq turnirində 9 ölkənin – Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan boksçuları mübarizə aparırlar. Azərbaycan kişilərin yarışında 47, qadınlarda isə 11 boksçu ilə təmsil olunur.

Aytac Sahəd
İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 Aprel 2025 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri