Boksçularımız 12 medal qazandılar
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə "Olimpiya ümidləri" turnirinə yekun vurulub.
Axar.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 2 kateqoriya üzrə yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi 12 – 7 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.
U-19-lar arasında təşkil olunan turnirdə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq) və Səftər Məmmədzadə (+90 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülər Hüseynova (54 kq) gümüş, Şahin Aslanovla (65 kq) Rza Rzayev (70 kq) bürünc medala sahib olublar.
U-17-lərin yarışında Aysel Fərəcova (48 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) birinci yeri tutublar. Aydan İsmayıllı (48 kq) ilə Fatimə Məmmədli (50 kq) isə gümüş medala yiyələniblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 21 İyun 2026 20:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















