Icma.az
close
up
RU
Boksçularımızın tarixi uğuru

Boksçularımızın tarixi uğuru

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

2025-ci il Azərbaycan boksu üçün uğurlu bir il kimi tarixdə qalacaq. Bu il müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandaları 231 medal qazanıblar. Yığmalarımız bu mükafatları qatıldıqları 47 beynəlxalq yarışda əldə ediblər. Onlardan 69-u qızıl, 60-ı gümüş və 102-si bürüncdür. Nəticədə komandalarımızın nailiyyətləri ötən ilə müqayisədə 44 faiz artıb.

Azərbaycan Boks  Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançılarımız 231 mükafatdan 5-ni dünya, 55-ni Avropa çempionatlarında (hər ikisi World Boxing və IBA) əldə edib. Milli komandalarımız Gimnaziada İdman Oyunlarında 21 (9-8-4), Dünya kubokunda 3 (0-0-3), III MDB Oyunlarında 24 (6-5-13) və VI İslam Həmrəyliyi Oyunlarında 6 (1-3-2) dəfə fəxri kürsüyə qalxıblar.

Yığmamızın heyətində Bilalhəbaşi Nəzərov (50 kq) U-19 Avropa çempionatında qızıl medal qazanmaqla boks tariximizə gənclər arasında qitə birinciliyinin ikiqat qalibi kimi düşüb. Xumar Cəfərli (75 kq) də məktəblilərin Avropa çempionatında birinci olmaqla, ilki reallaşdırıb. O, bu yaş qrupunda qızıl medala sahib olan azərbaycanlı qız boksçu kimi adını tarixə yazdırıb. Abbasəli Məmmədli (48 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq), Mehran Rəsulov (80 kq) məktəblilərin, Əminə Tağı (50 kq), Gülər Hüseynova (48 kq) və Qardaş Rəhimov (46 kq) yeniyetmələrin Avropa çempionatlarında bütün rəqiblərini məğlub edərək Azərbaycan himnini səsləndiriblər. 19 yaşlı Sübhan Mamedov (50 kq) U-23-lər arasında Avropa, böyüklər arasında dünya çempionu tituluna yiyələnib. Komandalarımız dünya və Avropa çempionatlarında 2024-cü illə müqayisədə 72 faiz yüksək nəticə göstəriblər.

Müxtəlif yaş qrupları üzrə milli komandalarımız 47 yarışda 477 boksçu ilə təmsil olunub. Onlardan 48,4 faizi çıxışını medalla başa vurublar.

Qeyd edək ki, 1 il öncə boksçularımız 35 beynəlxalq yarışda 135 (44-48-68) medal qazanmışdı.

Qabil YUSİFOĞLU
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Dekabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see584

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see523

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see287

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see272

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see256

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see256

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see251

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see248

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see243

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see239

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see209

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see199

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see194

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see192

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see190

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see189

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see183

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see182

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see180

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri