BOKT larda kredit faizləri niyə yüksəkdir? KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bank olmayan kredit təşkilatlarında (BOKT) kredit faizlərinin yüksək olaraq qalması son dövrlər müzakirə olunan məsələlərdəndir. Xüsusilə qısamüddətli və ani kreditlər üzrə faiz yükünün borcalanlar üçün ciddi maliyyə çətinliyi yaratdığı bildirilir.
Bəs BOKT-lar niyə faiz dərəcələrini aşağı salmır və gələcəkdə bu faizlərdə azalma mümkündürmü?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı Razi Abbasbəyli bildirib ki, Azərbaycanda BOKT-ların fəaliyyətini tənzimləyən Mərkəzi Bankın müvafiq təlimatları mövcuddur:
“Bu təlimatlara əsasən, BOKT-lar ani kreditlər üzrə 45 gündən artıq müddətə kredit verə bilməzlər. Faiz dərəcələri ilə bağlı da müvafiq təlimatda müəyyən edilmiş yuxarı hədd var. Buna baxmayaraq, BOKT-ların Mərkəzi Bankın təlimatlarına əməl etmədiyi hallar müşahidə olunur. Kreditlərin müddəti uzadılır, faizlərin hesablanması isə bəzən 2-3 aya qədər davam etdirilir. Bu, yolverilməzdir”.
İqtisadçının sözlərinə görə, Mərkəzi Bankın bu istiqamətdə qəbul etdiyi qərarlar tövsiyə xarakterli olduğundan onların icrası məcburi xarakter daşımır. Bu səbəbdən BOKT-ların fəaliyyətinə nəzarətin gücləndirilməsinə ehtiyac var:
“Mərkəzi Bank mütəmadi olaraq monitorinqlər həyata keçirməli, kreditlər üzrə faiz dərəcələrinə nəzarəti gücləndirməlidir. Təəssüf ki, bu istiqamətdə aparılan monitorinqlər və tətbiq edilən inzibati tədbirlər barədə cəmiyyətə və media resurslarına ətraflı məlumat verilmir. Bəzən bunu BOKT-ların maliyyə reytinqi ilə əlaqələndirirlər, bəzən isə maliyyə sirri kimi təqdim edirlər”.
Razi Abbasbəyli hesab edir ki, hazırda BOKT-ların açdığı kredit xətləri ilə bağlı ciddi problemlər mövcuddur. Onun sözlərinə görə, problemli kreditlər portfelində BOKT-ların müştərilərinin xüsusi çəkisi diqqət çəkir.
“Bu gün ölkəmizdə BOKT-ların açdığı kredit xətləri üzrə ciddi xaos mövcuddur. Problemli kreditlər portfelində ən çox müştəri sayı BOKT-ların payına düşür. Bu istiqamətdə daha çox problemli kredit formalaşıb. Ona görə də Mərkəzi Bank bu sahədə müəyyən addımlar atmalı, tədbirlər görməlidir. Bununla bağlı ictimaiyyətə də mütəmadi məlumat verilməlidir. Hazırkı vəziyyət kifayət qədər xaotikdir”.
Ekspertin fikrincə, BOKT-larda faiz dərəcələrinin aşağı salınması üçün yalnız bazar amilləri deyil, nəzarət mexanizmlərinin effektivliyi və kredit şərtlərinin şəffaflığı da mühüm rol oynayır.
Aynurə İsmayıl
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 07 Oktyabr 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















