Bölgə klubunda şok ayrılığın əsl səbəbi Manipulyasiya şübhəsi İdmanXəbər
Icma.az xəbər verir, Idmanxeber.az saytına əsaslanaraq.
Dünən “Şamaxı” klubu futbolçusu İlkin Muradovla yollarını ayırdığını açıqlayıb. Gözlənilməz qərarın pərdəarxasında müəyyən məqamlar var.
Belə ki, Muradov intizamsız davranışları – daha dəqiq desək, komanda yoldaşları ilə mübahisədə söyüş söyməsi ona qarşı fikirləri dəyişib. Amma onun komandadan göndərilməsinə əsl səbəb bunlar olmayıb.
Futbolçunun Premyer Liqanın son turunda “Sumqayıt” görüşündə (1:2) penaltiyə səbəb olması rəhbərliyi ciddi narahat edib. Oyunçuya qarşı şübhələri olan rəhbərlik onunla bağlı tədbir görülməsinə qərar verib.
Əvvəlcə İlkin Muradov əvəzedici heyətə göndərilib. Ancaq futbolçu bununla razılaşmayıb. Bunun ardından isə onunla yolların ayrılmasına qərar verilib. Muradovun qalan bir aylıq maaşı verilərək yola salınıb.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 28 Noyabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















