Icma.az
close
up
RU
Bölgələrdə hələ də davam edən o adət Nəsillər risk altındadır

Bölgələrdə hələ də davam edən o adət Nəsillər risk altındadır

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qohum evliliklərinin qarşısının alınması üçün müxtəlif hüquqi və maarifləndirici tədbirlər həyata keçirilir. Bu addımların əsas məqsədi genetik risklərin azaldılması və gələcək nəsillərin sağlamlığının qorunmasıdır. Lakin tətbiq edilən mexanizmlərin real nəticələri və ictimai davranışlara təsiri barədə fərqli yanaşmalar mövcuddur. Mövzu bu sahədə görülən işlərin effektivliyini qiymətləndirməyi zəruri edir.
Mövzu ilə bağlı sosioloq Naib Niftəliyev Demokrat.az-a bildirib ki, qohum evliliyi ümumilikdə məqsədəuyğun hesab edilmir:
"İnsanlar arasında sosial məsafə, ünsiyyət və qohumluq əlaqələri nə qədər uzaq olarsa, yeni nəsillərin sağlam formalaşması və inkişaf etməsi üçün bir o qədər əlverişli şərait yaranır. Bu baxımdan müxtəlif etnik qrupların və mədəniyyətlərin qarışığından formalaşan nəsillər daha dözümlü və davamlı ola bilir. Qohum evliliklərinin məhdudlaşdırılması müəyyən müsbət nəticələr verə bilər, lakin bunu mütləqləşdirmək də doğru deyil.
Qohum evliliklərinin qarşısını almaq üçün görülən tədbirlər müəyyən dərəcədə maarifləndirməni artırsa da, tam effektiv hesab edilmir. Qanunvericilikdə məhdudiyyətlərin və tibbi-genetik məsləhətlərin tətbiqi risklər barədə məlumatlılığı yüksəldib. Lakin bəzi bölgələrdə ənənəvi düşüncə tərzi və sosial faktorlar bu tədbirlərin təsirini zəiflədir. Ümumilikdə nəticə göstərir ki, təkcə qadağalar kifayət etmir, davamlı maarifləndirmə daha vacib rol oynayır".
Ekspert deyib ki, insanlarda belə evliliklərin doğura biləcəyi risklər barədə məlumatlılıq artırılmalıdır:
"Qan qohumluğu nəticəsində hemofiliya və digər genetik xəstəliklərin yaranma riski daha yüksək ola bilər. Bu səbəbdən ailə qurarkən genetik uyğunluğun nəzərə alınması mühüm əhəmiyyət daşıyır. Bəzi hallarda tibbi müayinələr və genetik yoxlamalar da bu risklərin azaldılmasına kömək edə bilər. Qohum evliliklərinin azalması tendensiyası müşahidə olunsa da, bu proses tədricən baş verir və sosial dəyişikliklərlə paralel gedir", - deyə o qeyd edib.
Yəni, yaxın qohumların evlənməsi gələcək uşaqlarda ağır genetik xəstəliklərin yaranmasına səbəb olduğu üçün sosioloqlar təkcə qanunla qadağaların qoyulmasını yox, insanların bu təhlükəni dərk etməsi üçün davamlı izahat işlərinin aparılmasını vacib hesab edir.
Əfsanə Kamal 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 26 May 2026 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri