Icma.az
close
up
RU
Dəyişən fəsillər və ədəbi nəsillər

Dəyişən fəsillər və ədəbi nəsillər

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

(əvvəli 8 və 9 fevral tarixli saylarımızda)

Kimin qayım poetik yaddaşı varsa, o, yüz yaşında da yeni nəsə deyəcək. Belinskinin sözlərini təsdiqləyəsi olsaq, “poeziya hər şeydən öncə poeziya olmalıdır”. Aşağıda oxuyacağınız ayrı-ayrı şeirlərdən gətirdiyim misallar, elə bilirəm, dediklərimə yetərli sübutdur:

...Bəlkə də, hiss edib qarşıdan gələn
Qışın soyuğunu, qışın qarını.
Qara tüstüsündə traktorların
İsidir qarğalar qanadlarını.

(“Lövhə”)

...Hamletin atası düşür yadıma
Adını deyimmi? Yaddaqalandı.
Oturub içimdə əlində güzgü
Kədərin gözünə güzgü salandı.

...Mən onun adına ümid deyirəm,
Mən onun adına çiçək... solmasın.
Mənə kölgəmdən də yaxın adam var,
Kölgəsi üstümdən əskik olmasın...

(“Kölgə adam”)

...Belə kor-koranə baxma arxaya,
Boylansan, pis olmaz, sağ-soluna da.
Babəkin qoluna güvənmək yetər,
Bir azca güc elə öz qoluna da!

(“Babəkin qoluna tapınmaq yetər”)

Nədən güllər, çiçəklər özgürcə zamanı gələndə açıla bilir, nədən sular istədiyi məkandan çıxıb çağlaya bilir, amma bu dünyanın düşüncə sahibi insan rejimlər qəlibinə salınıb sıxılır, azadlıqları əllərindən alınır? Nədən insan yaşadığı zamanın, məkanın “nə deyərlər”indən, “necə deyərlər”indən qurtula bilmir? Bunun günahını harda, kimdə axtarmalı?

Üzü narın-narın tutulub göyün,
Qışın əlindədir qar azadlığı.
Əsli yaxasında qırx düymə-düyün,
Alınıb Kərəmin yar azadlığı...

Bir ana bətnindən üzülüb gəlir
Körpə azadlığı – bir az ərköyün.
Bulud əmcəyindən süzülüb gəlir
Yağış azadlığı anamız göyün.

(“Qışın əlindədir qar azadlığı”)

Saz-söz mühitindən çıxıb qoşma əlhavasına köklənib şeirlər yazan və hətta haqsız ad-san qazananlar da yox deyil. Abbas Tufarqanlının, Xəstə Qasımın, Ələsgərin yaratdığı qəlibləri, qafiyə və rədifləri pis bir şəkildə istismar etməklə, yalnız sağ-solundakı ümumi şablona uyğunlaşdırılmış zövqləri, yaşadığın zamanı aldada bilərsən. Vəssalam! Forma, ritm, fikir, qafiyədə yenilik arayışları olmayan şeirin gələcəklə yaxından-uzaqdan bir bağlantısı olmaz. Və alışılmış təkrar mızıltılarla keçici rəğbət və şöhrət qazananların, əslində, özlərindən sonra gələn təcürbəsiz ədəbi qüvvələrin yollarını çaşdırmalarından başqa bir xidmətləri də yoxdur. Olmaz da!

Saz-söz, qoşma, gəraylı mühitindən çıxmasına baxmayaraq, Akifin şeirlərində mənə ən çox xoş gələn bu şeirlərin arayış içində olmasıdır:

Bu torpaq qan “içir”, batır günaha.
Əlində oğlunun qara kağızı,
Gözündə oğlunun ölüm sevinci
Bir ana üzünü tutur Allaha:
Bir söylə nə vaxtdan açar olubdur
Cənnət qapısına düşmən gülləsi?

(“Müharibə uğrunda mübarizə”)

...O gün Sərdar Əsəd asdı özünü
Bir vaxt paltosunu asarmış belə.
...Özünü öldürən söz dəlisinin
Kim deyir qatili peşəkar deyil...

Və o şairin xanımını göz önünə gətirsəniz, gördüyünüz mənzərədən qanınız donar:

Sevirmiş, ondakı ürəyə bir bax –
Sevirmiş ərinin cəlladını da!”

(“O gün Sərdar Əsəd...”)

Akifin şeirlərinin fikir yükü bəzən yazdığı misralara sığışmır. Cəmi üç misradan ibarət olan aşağıdakı şeirə diqqətinizi çəkmək istərdim:

Paltosuz çiyinlərimə qonan qar,
sən atlısan,
mən piyada.
(“Piyada və atlı qar”)

Əhmədgil istəsə də, pis şeirlər yaza bilməz, yazmağa haqqı da yoxdur, çünki özü öz şeiri ilə pis şeirlərə gedən kəsə yolları çoxdan bağlayıb:

...ilhamın pis vaxtına düşüb,
elə bil pis oğul
yaxşı bir atanın baxtına düşüb,
ilhamın aciz bir vaxtına düşüb
yaxşı şairlərin
pis şeirləri.

(“Yaxşı şairlərin pis şeirləri”)

Və beləcə, yaxşı şairlərin yaxşı şeirinə misal olaraq yazımı A.Əhmədgilin “Sənin adınadır” şeiri ilə tamamlamaq istədim:

Qar.
Həsrətindən ağarar
papağımın da saçları.
Görüşə çıxmışam-
Sənin adınadır bu görüş.

Adını yazdığım qardan
qartopası hazırlayıb
tutmuşam
sağ əlimdə,-
sənin adınadır bu qartopu,-
adınla
özünü vurasıyam!

Gecikirsən,
əriyir
əlindən tutduğum qartopu da.
Barmaqlarımdan
yağış yağır torpağa-
Sənin adınadır bu yağış!

Sevgi yağışları yaz soraqlı,
hardasa əlində qartopu,
dizəcən qar içində
dayanıb səni gözləyir bahar-
Sənin adınadır bu bahar!

Məmməd İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Fevral 2025 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see417

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see410

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see284

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see268

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see257

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see250

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see247

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see244

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see242

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see226

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see215

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see211

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see210

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see208

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see205

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see203

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see202

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see199

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see199

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri