Icma.az
close
up
RU
Bölgələrdə otellərin Yeni il hazırlığı: Qiymətlər necə olacaq?

Bölgələrdə otellərin Yeni il hazırlığı: Qiymətlər necə olacaq?

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

"Bölgələrimizdə fəaliyyət göstərən, xüsusilə 5 ulduzlu otellər yerli və xarici turistləri qəbul etməyə tam hazırdır. Bu müəssisələr müxtəlif şou-konsepsiyalar, əyləncə proqramları və xüsusi bayram menyuları hazırlayaraq turistlər üçün maraqlı şərait yaradır".
Bunu Demokrat.az-a açıqlamasında turizm eksperti Rəhman Quliyev deyib.

O bildirib ki, Azərbaycanda yerləşmə obyektlərinin sayı artdıqca rəqabət də güclənir:
"Rəqabətin əsasən qiymət deyil, keyfiyyət üzərində qurulması isə turizm xidmətlərinin daha da yaxşılaşmasına səbəb olur. Hazırda otellər Yeni il təkliflərini 2 gecə 3 günlük paketlər şəklində təqdim edirlər ki, bu həm turistlər, həm də otellər üçün daha rahat və məqsədyönlüdür".
Ekspert qeyd edib ki, dünya təcrübəsində olduğu kimi, bayram və xüsusi günlərdə qiymət artımı qaçılmazdır:
"Çünki otellərin satış siyasətinə əsasən standart otaqlar əvvəlcə satılır, daha yüksək kateqoriyalı otaqlar isə sonda qalır ki, bu da qiymətlərin bahalaşmasına gətirib çıxarır. Ona görə də belə günlərdə qiymətlərin dinamik dəyişməsi təbii prosesdir".
Onun sözlərinə görə, bölgələrdə yerləşmə imkanlarının daha da artırılması isə rəqabəti gücləndirərək qiymətlərin daha stabil və əlçatan olmasına şərait yarada bilər:
"Bununla yanaşı, yalnız lüks deyil, 2-3 ulduzlu otellərin də Yeni il üçün şou proqramlar hazırlaması, hər kəsin büdcəsinə uyğun əyləncə paketləri təqdim etməsi ümumi turist sayının artmasına töhfə verər. Bu, həm yerli sakinlərin bölgələrə axınını artırar, həm də Hindistan, ərəb ölkələri və Pakistan kimi ölkələrdən aşağı büdcəli turistlərin marağını cəlb edər. Nəticədə belə tədbirlər turist axınını gücləndirməklə yanaşı, ölkənin turizm potensialının daha da genişlənməsinə imkan yarada bilər".
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see179

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see164

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see155

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see147

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri