Bölgələrdə pirotexniki vasitələr satan 31 nəfər saxlanıldı FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, son 2 gün ərzində paytaxtın Nəsimi, Suraxanı, Sabunçu, Səbail, Xətai rayonları, həmçinin, Sumqayıt şəhəri, Abşeron, Tovuz, Füzuli, Goranboy, Tərtər, Gədəbəy, Biləsuvar, Şəmkir, Ağstafa, Sabirabad, Beyləqan və Ağdamda keçirilən tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 31 nəfər müəyyən olunub. Onlardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.
Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 27 Dekabr 2024 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















