Icma.az
close
up
RU
Bölgələrdəki ictimai nəqliyyat problemi bu cür həll edilə bilər AÇIQLAMA

Bölgələrdəki ictimai nəqliyyat problemi bu cür həll edilə bilər AÇIQLAMA

Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.

"Bölgələrdə ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında bölgələrdəki nəqliyyat sisteminin aqibətindən danışan ekspert Elməddin Muradlı deyib. 

Ekpert vurğulayıb ki, rayonlarda sərnişin daşıma  və yük daşıma sistemi bir az qəlizdir və nizamlanmayıb:

"Bölgələrdə ictimai nəqliyyat sistemi bərbad vəziyyətdədir. Bəzi bölgələrdə ümumiyyətlə bu sistem yox vəziyyətindədir. Kimlər köhnə dövrdən bu nəqliyyat sistemində çalışıbsa, onlar hardasa bir mikroavtobusla, köhnə avtobusla sərnişin daşıma xidməti göstərir. Rayon mərkəzləri var ki, orada heç ümumiyyətlə avtobus yoxdur. Elə rayon mərkəzləri var ki, məsələn avtovağzalı bir yerdədir, amma hansısa bir sahibkar özü üçün başqa bir yerdə avtovağzal düzəldib, bütün maşınları da çəkir ora və dövlətin istifadəsində olan avtovağzal boş qalır. Yəni bölgələrdə ictimai nəqliyyatla bağlı, ümumiyyətlə nəqliyyat sistemi ilə bağlı vəziyyət çox çətindir. Sərnişin daşıma olsun, yük daşıma olsun bir az qəlizdir nizamlanmayıb, hələ tənzimlənə bilməyib".

Elməddin Muradlı qeyd edib ki, rayon nəqliyyatında höküm sürən bu bərbad vəziyyətin biraz qarşısını almaq üçün hazırda mərkəzləşdirilmiş qaydalar müəyyənləşdirilib:

"İndi mərkəzləşdirilmiş qaydalar müəyyənləşdirilib. Onlayn sistem üzərindən buraxılış kartları verilir, yük daşıma fəaliyyəti üçün icazə blankları və başqa qeydiyyat prosedurları aparılır. Bunlar həmin sistemə müəyyən bir təsir göstərir".

Ekspert onu da bildirib ki, bəzən Bakıda istifadə müddətini başa vuran avtobuslar rayonlara göndərilirdi. Bu isə heç də ürəkaçan vəziyyət deyil:

"Əvvəl çox biabırçı bir ənənə var idi. Bakıda istismardan çıxarılan köhnə avtobusları  bölgələrə satırdılar. Bu doğru, düzgün yanaşma deyil. Yəni bu Bakıda istismara yararsızdırsa, bölgələrdə də istifadəyə yararsızdır. Rayon camaatı niyə köhnə avtobusda gəzməlidir? Rayonlar üçündə hansısa bir imkanlar yaradılmalıdır. Amma retabellik baxımından sahibkarlar maraq göstərmir. Ona görə də bu məsələlər hansısa bir formada həllini tapmalıdır".

Elməddin Muradlı onu da vurğulayıb ki, dövlət sahibkarlara dotasiya ayırsa, rayonlardakı ictimai nəqliyyat problemi müəyyən qədər həll olunar:

"Sahibkarlar bölgədə ictimai nəqliyyat işlədə bilmir. Çünki gəlir aşağı səviyyədədir. Bölgədə nə qədər insan var, nə qədər ictimai nəqliyyata axın olacaq. Yəni dövlət bunu tənzimləməlidir, hansısa formada sahibkara dotasiya ayırmalı subsidiyalar verilməlidir. Sahibkar maraqlı olmalıdır ki, dövlət dəstəyi varsa mən bu ictimai nəqliyyat xidmətini göstərim".

"Ya da rayon icra hakimiyyətləri yenə əvvəlki qaydada bu işlə məşğul olmalıdılar. Təbii ki, burada da özbaşınalıq, rüşvətxorluq, şəxsi maraq yox ictimai maraq üstün tutulmalıdır. İndi bu məsələyə baxmaq lazımdır ki, icra hakimiyyəti bu işin öhdəsindən gələ bildimi? Vaxtı ilə onların tabeliyində idi. Hərhalda bir az qəliz məsələdir, amma kökündən həll etmək üçün dövlətin bu sahədə dəstəyinə ehtiyac var" -deyə, ekspert fikirlərinə əlavə edib. 

Şəhanə Xankişiyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Avqust 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri