Icma.az
close
up
RU
Dabaq xəstəliyi SÜRƏTLƏ YAYILIR Bölgələrdəki “mal bazarları” bağlanacaq? RƏSMİ AÇIQLAMA

Dabaq xəstəliyi SÜRƏTLƏ YAYILIR Bölgələrdəki “mal bazarları” bağlanacaq? RƏSMİ AÇIQLAMA

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Ölkə ərazisində heyvanlar arasında dabaq xəstəliyinin yayılması davam edir. Dabaq xəstəliyi çox yoluxucu, virus mənşəli bir infeksiyadır. Xəstəlik əsasən inək, camış, qoyun, keçi və donuzlarda müşahidə olunur. Virus heyvanların ağız və dırnaq nahiyələrində ağrılı yaralar əmələ gətirir. Nəticədə heyvan yem yeyə bilmir, süd və çəki itkisi baş verir. Vaxtında baytar müdaxiləsi olmayanda isə heyvan tələf olur.
Artıq ölkəmizin demək olar ki, bütün regionlarında bu xəstəlik yayılıb.
Bəs, problemin həlli nədir?
Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyir ki, Azərbaycanın müxtəlif bölgələrində heyvanlarda yayıla bilən dabaq xəstəliyinə (ayaq-ağız xəstəliyi) qarşı profilaktik tədbirlər həyata keçirilir:
“Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən ölkə üzrə vaksinasiya kampaniyası davam etdirilir. Bununla belə dabaq xəstəliyi sürətlə yayılır və qısa müddətdə bütün təsərrüfatları yoluxdura bilər. Xəstəliyin törədicisi suda, torpaqda və heyvan tullantılarında uzun müddət aktiv qalır. Xəstəliyin sürətlə yayılmaması üçün regionlardakı “mal bazarları”nda karantin rejimi tətbiq edilməli, heyvanların daşınması və köç etməsinin qarşısı alınmalıdır”.
Müsahibimiz xəbərdarlıq edib ki, xəstə heyvanın ət və südü insan qidalanması üçün yararsızdır:
“Çünki virus bu məhsullarla da yayıla bilər. Belə məhsullar məhv edilməli və bazara çıxarılmamalıdır. Bununla bağlı bütün cütdırnaqlı heyvanlar mütəmadi peyvəndlənməlidir. Xəstə heyvanların dərhal təcrid olunmalı və karantin rejimi tətbiq edilməlidir. Bütün təsərrüfatların dezinfeksiyası hıyata keçirilməlidir. Ən nəhayət xəstəlik aşkarlanan ərazilərdə heyvan və məhsul daşımaları məhdudlaşdırılmalıdır”.
Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanladıq. Sorğumuza cavab olaraq qurumdan bildirildi ki, ölkədə epidemik durum sabitdir:
“Vaksinasiya və marifləndirmə işləri davam etdirilir. Lakin heç bir “mal bazarı”nda karantin rejimi tətbiq olunmayıb”
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Oktyabr 2025 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri