Bölgələrə olan daha bir neçə marşrut üzrə avtobuslar yenilənib AZƏRTAC
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 2 dekabr, AZƏRTAC
Bakıdan Bərdə, Tərtər, Mingəçevir, Zaqatala və “Sınıq körpü” (Qazax sərhəd-keçid məntəqəsi) istiqamətlərində yeni avtobuslar sərnişinlərin istifadəsinə verilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) AZƏRTAC-a bildirilib ki, marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə AYNA tərəfindən keçirilən müsabiqələrin nəticələrinə əsasən, artıq bu istiqamətlərdə səfərlər 2015-ci il istehsalı olan “Neoplan” və 2024-cü il istehsalı olan “King Long” markalı avtobuslarla həyata keçirilir.
AYNA tərəfindən şəhərlərarası sərnişindaşıma xidməti göstərən avtobus parkının yenilənməsi, ictimai nəqliyyatın əlçatanlığının təmin olunması, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması daim diqqətdə saxlanılır.
Müntəzəm avtobus marşrutları mərhələli qaydada müsabiqəyə təqdim olunur. Müsabiqənin şərtlərindən biri də avtobusların yeni olmasıdır.
Baxış sayı:113
Bu xəbər 02 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















