Bölgənin ən mənzərəli yeri zibilliyə çevrilib
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Quba rayonunun Küsnətqazma kəndi yaxınlığında Xınalıq yolunun kənarında yerləşən məşhur təpəliklərin yaratdığı mənzərəni turistlər çox bəyənərək gəzirlər. Amma, yaranan anti-sanitar hal mənzərəni tamamilə vəziyyəti korlayır. Yaranan görüntü utancvericidir.
Milli.Az xəbər verir ki, ərazidə zibil qutularının olmaması vəziyyəti daha da çətinləşdirir. Sanitar qovşağın olmaması isə sadəcə biabırçılıqdır.
Sakinlərin sözlərinə görə, insanlar istirahət elədikdən sonra ərazini çirkləndirirlər:
"Burda zibil qabı belə yoxdur. Bura baxılıb nəzarət edilsə, insanlar da ərazini təmiz saxlayar".
Məsələ ilə bağlı Qəçreş bələdiyyəsindən bildirildi ki, ərazinin relyefi mürəkkəb olduğundan xüsusən də payız və qış aylarında zibil daşınması çətin olur. Buna görə də zibil qutuları yalnız yay aylarında quraşdırılır.
Bələdiyyədən həmçinin, bildirildi ki ərazidə bir neçə dəfə iməclik təşkil olunub.
Asya Hüseyn
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 14 Noyabr 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















