Bolqarıstan futbolunda qeyri adi hadisə: Sağ futbolçunu bir dəqiqəlik sükutla yad etdilər
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
Bolqarıstan çempionatında qeyri-adi hal yaşanıb.
Fanat.Az "Talksport"-a istinadənxəbər verir ki, "Arda" klubu "Levski" ilə ev oyununda səhvən bir dəqiqəlik sükut elan edib.
Konkret, matç səhvən öldüyü elan edilən klubun keçmiş futbolçusu Petko Qançevin şərəfinə bir dəqiqəlik sükutla başlayıb. Bu, böyük qalmaqala səbəb olub. 78 yaşlı Qançev öz “ölümünü” həyat yoldaşından öyrənib. Narahatverici məqam odur ki, Qançevin həyat yoldaşı matçı televizorda izləyib və xəbərdən şoka düşüb. Petko ilə xanımı oyunu televizordan birlikdə baxmağı planlaşdırdıblar, lakin veteran futbolçu işinə görə 10 dəqiqə gecikib. Bu zaman fasiləsində telefonuna fasiləsiz zəng gəlib, lakin maşın sürdüyü üçün cavab verə bilməyib. 10 dəqiqə sonra həqiqət üzə çıxıb.
"Arda" klubu hələ matç başa çatmamış Qançevdən üzr istəyib: "Rəhbərlik sabiq futbolçumuz Petko Qançev və onun yaxınlarından kluba daxil olan yalan məlumata görə başverənlər səbəbindən üzr istəyir. Qançevə uzun illər can sağlığı və "Arda"nın uğurlarına sevinməyi arzulayırıq”.
Qeyd edək ki, "Arda" - "Levski" matçı 1:1 hesablı heç-heçə yekunlaşıb.
Mirağa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 19 Mart 2025 14:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















