Icma.az
close
up
RU
“Gərginləşmə prosesi dünya gündəmində sanki bir siyasi trendə çevrilməkdədir...”

“Gərginləşmə prosesi dünya gündəmində sanki bir siyasi trendə çevrilməkdədir...”

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Türk faktoru, geopolitik faktor olaraq gündəmdə qalır. Türk dünyasının gələcəkdə digər güc mərkəzləri ilə bağlı mövqeyi və regional təsiri də diqqət çəkəcək məsələlərdən biridir...”

Bu günlərdə “Reuters” agentliyi Pentaqonun, yəni ABŞ Müdafiə Nazirliyinin yayımladığı yeni hesabatını yayıb. Hesabata görə, Çin silah, xüsusilə raket və nüvə arsenalını sürətlə gücləndirir və genişləndirir. Belə ki, ölkənin Monqolustan sərhədinə yaxın ərazilərində 100-dən çox qitələrarası ballistik raket yerləşdirilib. Çinin nüvə başlıqlarının 2024-cü ildəki 600 səviyyəsindən 2030-cu ilə qədər 1000 döyüş başlığına qədər artıracağı proqnozlaşdırılıb.

Mövzu ilə bağlı digər faktlar da sadalanıb. Bir sözlə, Çin raket istehsalında dünya lideri ABŞ-la rəqabət içindədir.

Həmçinin son vaxtlar raket istehsalı sahəsində Çinlə əməkdaşlıq edən İran da İsraillə 12 günlük müharibədən sonra ballistik raket istehsalını müharibədən əvvəlki səviyyəyə çatdırmağa çalışır.

Görəsən, bütün bu informasiyalar fonunda planetdəki hərbi-siyasi proseslərin, o cümlədən Rusiya-Ukrayna savaşının gələcəyi necə görünür?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında sabiq baş diplomat Tofiq Zülfüqarov bunları söyləyib:

“Biz görürük ki, gərginləşmə prosesi dünya gündəmində sanki siyasi trendə çevrilməkdədir. Özü də bu yalnız Pentaqonun diqqət mərkəzinə gətirdiyi Çinin silah arsenalını gücləndirməsi ilə bağlı deyil. İstər Avropa dövlətlərinin müdafiə büdcələri, istərsə də regiondakı cənub qonşumuz İranın fəaliyyəti buna nümunə ola bilər. O cümlədən şimal qonşumuz Rusiya Ukraynaya qarşı təcavüzkar müharibəni davam etdirir və burada silah istehsalı əsas məsələlərdən biridir. Elə son illər Azərbaycan da müdafiə sahəsinə böyük sərmayələr qoyur. Bir sözlə,  hərbi-siyasi proseslərin gərginləşməsi gündəmin vacib mövzularındandır. Dövlətləri bu məsələlərə diqqət yetirməyə vadar edən bir sıra səbəblər var. Lakin bu, ümumilikdə dünya üzrə mövcud olan bir trenddir... 

Gələcəyə baxdıqda isə dünyada çoxmərkəzli bir sistemin formalaşdığını görürük. Əvvəlki dövrlərdə dünya daha çox kollektiv Qərb və SSRİ-nin rəhbərlik etdiyi sosializm sistemlərindən ibarət ikiqütblü  mərkəzdən ibarət idi. İndi isə kollektiv Qərb də ABŞ-a və Avropaya bölünməkdədir. Və artıq Qərbə qarşı Rusiya, Çin və bir sıra regional ölkələr özlərini alternativ mərkəzlər kimi görürlər. Aralıq dənizində rəqabət aparan ölkələrin sayı çoxalıb. Cənubi Asiya regionunda gərginlik və hətta müharibə şəraiti mövcuddur. Və s. Yəni bu qütbləşmə artıq reallıqdır və əsasən Qərb və ona qarşı yüksələn güc mərkəzləri formalaşmaqdadır.  Rusiya-Ukrayna müharibəsi də bu prosesin bir tərkib hissəsidir.  Və həmin müharibənin necə bitəcəyi və Rusiyanın hansı mərkəzin yanında olacağı əsas suallardan biridir...

Yaxın Şərqdə də ayrı-ayrı mərkəzlərin müxtəlif siyasi və iqtisadi maraqlarının qarşıdurması, regional güclərin öz mövqelərini qorumağa çalışması da diqqətəlayiqdir. Çinin bu bölgədə də fəallaşması hamının gözü qarşısındadır... 

Azərbaycan da bütün bu geopolitik proseslərin mərkəzindədir,  ən azı ona görə ki, həm şimalda, həm də cənubda real müharibə və ya potensial müharibə vəziyyəti mövcuddur. Rusiya-Ukrayna müharibəsi və İsrail-İran gərginliyi regionun təhlükəsizliyini təsir edir.Eyni zamanda, artıq Rusiya-Ukrayna  hərbi əməliyyatlarının Xəzər dənizində də keçirildiyini görürük. 

Bu vəziyyət bölgədə yeni geopolitik oyunçunun formalaşmasına da səbəb olur. Mən Türk Dövlətləri Birliyinin nəzərdə tuturam. Və ümumiyyətlə, Türk faktoru, geopolitik faktor olaraq gündəmdə qalır. Türk dünyasının gələcəkdə digər güc mərkəzləri ilə bağlı mövqeyi və regional təsiri də diqqət çəkəcək məsələlərdən biridir.

Bir sözlə, planetdə geopolitik proseslər davam edir.  Və daima, istər qədim və orta dövrlərdə, istər 19-cu və 20-ci əsrdə, istərsə də bu gün- 21-ci əsrdə dəyişikliklər əsasən münaqişələr və hətta müharibələr vasitəsilə həyata keçir. Dünya siyasətində hər zaman dinamika mövcuddur, və bu, son illər də fərqli mərkəzlər arasındakı gərginliklərlə özünü göstərir...

Onun da nəzərə almaq gərəkdir ki, indi dünyada texnoloji baxımdan üç əsas mərkəz formalaşır: Avropa, ABŞ və Çin. Bu mərkəzlərin hər biri öz sahəsində liderdir və gələcəkdə bu mərkəzlər arasındakı münasibətlər və əlaqələr də daha da mürəkkəbləşəcək. Hər bir mərkəz öz maraqlarını qoruyaraq, digər mərkəzlərlə müxtəlif strateji əlaqələr quracaq. Çin və ABŞ arasındakı rəqabət, bu mərkəzlərin gələcək inkişafını formalaşdıracaq.

Bu proseslərə ABŞ-ın mövqeyi, xüsusən Donald Trampın xarici siyasətindəki dəyişikliklər də təsir edəcək. Gələcəkdə hansı ölkələrin bir-birinin yanında olacağı və dünya düzəninin necə qurulacağı suallarını hələ də cavablandırmaq çətindir...”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Dekabr 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see381

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see350

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see341

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see312

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see308

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see289

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see257

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see253

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see239

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see232

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see217

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see208

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see207

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see205

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see197

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see196

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see186

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri