Bolqarıstan klubunun üç futbolçusu “Sabah”la cavab oyununu buraxa bilər
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı,11 avqust, AZƏRTAC
Bolqarıstanın “Levski” komandasının üç futbolçusu UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bakıda “Sabah”a qarşı keçiriləcək cavab oyununu zədə səbəbindən buraxa bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Sofiya təmsilçisinin baş məşqçisi Xulio Velaskes mətbuat konfransında məlumat verib.
O, komandanın hücumçusu Mustafa Sanqarenin durumunun yaxşı olmadığını bildirib.
İspaniyalı mütəxəssis ilk matçda oynamayan Georgi Kostadinovun vəziyyətini yaxından izlədiklərini söyləyib. Bolqarıstan millisinin yarımmüdafiəçisi barədə son qərar oyuna az qalmış veriləcək.
Baş məşqçinin sözlərinə görə, ilk görüşün ikinci yarısında meydana daxil olan forvard Karl Fabienin cavab oyununa start heyətində başlamaq ehtimalı var.
Qeyd edək ki, Bolqarıstanda keçirilmiş ilk matçda “Levski” 1:0 hesabı ilə qalib gəlib. Cavab qarşılaşması avqustun 14-də Masazırda yerləşən “Bank Respublika Arena”da keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 11 Avqust 2025 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















