Bolqarıstan millisinin qapıçısı: Ümid edirəm ki, “Sabah”la oyunda azarkeşlərimizi sevindirəcəyik
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bakı, 6 avqust, AZƏRTAC
Azarkeşlərimiz ev oyunlarında hər zaman bizə yüksək səviyyədə dəstək verirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstanın “Levski” komandasının qapıçısı Svetoslav Vutsov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Sabah"a qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
Bolqarıstan millisinin qapıçısı sabahkı matçda uğurlu nəticə qazanmaq üçün əllərindən gələni edəcəklərini bildirib: Ümid edirəm ki, komanda yaxşı oyununu davam etdirəcək və azarkeşləri qələbə ilə sevindirəcək. Meydanda uğurlu nəticə üçün hər şeyi edəcəyəm”.
Qeyd edək ki, avqustun 7-də Sofiyadakı Georgi Asparuxov adına stadionda keçiriləcək "Levski" - "Sabah" matçı Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 06 Avqust 2025 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















