Icma.az
close
up
RU
Bolqarıstanın energetika naziri: “Şaquli Qaz Dəhlizinin tikintisinə başlamağa hazırlaşırıq”

Bolqarıstanın energetika naziri: “Şaquli Qaz Dəhlizinin tikintisinə başlamağa hazırlaşırıq”

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Bolqarıstan Cənub Qaz Dəhlizi (SGC) üzrə tərəfdaşlıqdan bundan sonra da istifadə üçün yeni imkanlar görür.

Bakıvaxtı.az xəbər verir ki, bunu Bolqarıstanın energetika naziri Jeço Stankov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclaslarında bildirib.

"Bolqarıstanın Şaquli Qaz Dəhlizinin tikintisinə başlamağa hazırlaşdığını açıqlamağa şadam. Bu, Cənub Qaz Dəhlizindən, həmçinin Türkiyə və Yunanıstandakı mayeləşdirilmiş qaz terminallarından əlavə qaz həcmlərinin nəqlini asanlaşdıracaq", - o qeyd edib.

Nazirin sözlərinə görə, layihə Yunanıstan-Bolqarıstan sərhədində qaz idxalı üçün ötürmə qabiliyyətini 50 % artıracaq və Rumıniya istiqamətində ixrac gücünü ikiqat artıraraq ildə 5 milyard kubmetr yeni güc əlavə edəcək.

"Mən həmçinin IGB-dəki (Yunanıstan-Bolqarıstan İnterkonnektoru) həmkarlarımızı interkonnektorun illik gücünün 3,3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər artırılması planlarına görə alqışlamaq istərdim. Əminəm ki, bu güc Türkiyə və Bolqarıstan vasitəsilə tədarüklər sayəsində tam istifadə olunacaq", - o əlavə edib.

Xatırladaq ki, "Şaquli Dəhliz" layihəsi (Yunanıstan, Bolqarıstan, Rumıniya, Moldova, Ukrayna) Şərqi Aralıq dənizindəki terminallardan Moldova və Ukraynaya qaz tədarükü marşrutunun yaradılmasını nəzərdə tutur. "Şaquli Qaz Dəhlizi" sisteminin Yunanıstandan Bolqarıstan, Rumıniya, Moldova, Slovakiya, Macarıstan və Ukraynanın yeraltı qaz anbarlarına tədarükü təşkil etməyə imkan verəcəyi gözlənilir. Tədarüklər üçün resurs bazası Cənub Qaz Dəhlizi ilə Yunanıstana daxil olan Azərbaycan qazı və dünyanın hər yerindən Yunanıstanın mayeləşdirilmiş qaz terminallarına çatdırılacaq LNG olacaq. Yəni Yunanıstanın Aleksandrupolis şəhərindəki LNG terminalı Revitus adasındakı modernləşdirilmiş reqazifikasiya stansiyası və Trans-Adriatik Boru Kəməri (TAP) ilə birlikdə Şaquli Qaz Dəhlizinin əsas komponentləri olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Belə yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyi etmək, Azərbaycanın diplomatik çəkisini artırır

06 Oktyabr 2025 09:07see182

Oktyabrda varlanmaq üçün 3 BÜRCƏ məsləhət: Bunları edin

05 Oktyabr 2025 09:11see157

DOĞULMAMIŞ UŞAQ ÜÇÜN KADDİŞ Etibar Əliyevin YAZISI

05 Oktyabr 2025 09:21see138

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see138

Azərbaycanda internet istifadəçilərinə VACİB XƏBƏR

05 Oktyabr 2025 17:40see131

Tramp əmr verdi: Əsgərlər göndərilsin!

06 Oktyabr 2025 09:15see131

Teslanın robotu Optimusa kunq fu öyrətdilər VİDEO

05 Oktyabr 2025 05:12see129

Qlobal çağırışlar müəllimin məsuliyyətini daha da artırır

05 Oktyabr 2025 21:48see126

Kulevi terminalı genişləndirilir

05 Oktyabr 2025 10:39see125

Gənc müəllim: Süni intellektdən istifadə olunması tədrisi canlı, maraqlı və müasir edir MÜSAHİBƏ

05 Oktyabr 2025 13:01see125

“Dünyada hələ belə bir festival olmayıb” Video

05 Oktyabr 2025 10:44see124

“Yuventus” Kənan Yıldızla yeni müqavilə imzalayır

05 Oktyabr 2025 20:12see123

3 cü MDB Oyunlarında günün proqramı

05 Oktyabr 2025 11:00see120

Villasını bu qiymətə satır Foto

06 Oktyabr 2025 21:22see119

Kişilər arasında dəbə çevrilən ƏMƏLİYYAT: həyati riski var

05 Oktyabr 2025 06:06see119

U 17 nin Avropa çempionatının seçmə mərhələsi üçün HEYƏTİ

05 Oktyabr 2025 14:40see119

lll MDB Oyunlarının boks üzrə qalibi: Hər döyüş mənim üçün böyük sınaqdır

05 Oktyabr 2025 18:49see118

Qəzzadakı müharibənin sonuna gəlməmişik Rubio

05 Oktyabr 2025 18:22see117

“xAI” bu dəfə yeni oyun təqdim edəcək Mask açıqladı

06 Oktyabr 2025 11:19see117

“Görünən odur ki, ölkəmizin futbol aləmində nüfuzu artıb”

06 Oktyabr 2025 00:29see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri