Icma.az
close
up
RU
Boluda baş verən yanğının səbəbi məlum oldu Fotolar

Boluda baş verən yanğının səbəbi məlum oldu Fotolar

Icma.az bildirir, Yeniavaz portalına istinadən.


Bolunun “Kartalkaya” xizək mərkəzində yerləşən “Grand Kartal” otelində baş verən və 78 nəfərin ölümü ilə nəticələnən yanğınla bağlı istintaq çərçivəsində yanğının necə başladığı məlum olub.
Yeniavaz.com
“Sabah” qəzetinə istinadla xəbər verir ki, yanğın otelin restoran hissəsində səhər yeməyi hazırlayarkən manqaldakı qaynar yağın alışması nəticəsində baş verib.
Belə ki, otelin restoran işçiləri səhər yeməyi hazırlamağa başlayıb. İddiaya görə, işçilər səhər yeməyi hazırlamaq üçün istifadə edilən manqalı yandırıblar.
Uzun müddət açıq qalan manqalın üzərindəki qaynar yağ qəfildən alışıb.
Mətbəxdən alovların yüksəldiyini görən aşpaz Faysal Yavər və mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz yanğına müdaxilə etmək istəyiblər.
Onlar alovu yanğınsöndürən balonla söndürmək əvəzinə su ilə söndürməyə çalışıblar. Lakin qaynar yağ su ilə təmasda olduqdan sonra alov böyüyərək ətrafa yayılıb.
Alovun tüstü borusundan bacaya, oradan da dam örtüyünə keçib və qısa müddətdə oteli bürüyüb.
Yanğın siqnalizasiyası işləmədiyi üçün oteldə qalanlara yanğın barədə məlumat vermək mümkün olmayıb.
Otelin 4-cü mərtəbəsindəki restoranda başlayan yanğın sürətlə böyüyərək, bütün binanı əhatə edib.
İstintaq çərçivəsində 78 nəfərin ölümü ilə nəticələnən yanğında səhlənkarlığı müəyyən edilən və yanğına səbəb olduğu iddia edilən aşpaz Faysal Yavər, mətbəx işçiləri Yusuf Karahanlı, Fidan Kurç və Mehmet Gündüz həbs edilib.
Digər tərəfdən, “Grand Kartal” otelinin həbsdə olan sahibi Halit Ergülün ifadəsi üzə çıxıb.
O, ifadəsində son yoxlamanın dekabrın 15-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparıldığını iddia edib. O, yanğınla bağlı heç bir nöqsan aşkarlanmadığını bildirib.
“Yanğın siqnalizasiya sistemi var idi, ancaq bu sistem çox güman ki, yanğın başlayanda zədələndiyi üçün işləməyib. Ancaq tüstü detektorları işə düşüb”, - deyə otel sahibi bildirib.
Yanğından sağ çıxan otelin aşpazı Mustafa Serbest isə baş verənləri belə izah edib: “Hər tərəfi tüstü və qışqırıq səsləri bürümüşdü. Oteldə yanğınsöndürən var idi, amma işləmirdi. Mən yanğınsöndürən görmədim. Bildiyimə görə, baş aşpazın kabinetinin qarşısında biri var idi. Oteldə suvarma sistemi yox idi. Əslində yanğın nərdivanı var idi, ancaq ondan da şəxsi heyət istifadə edirdi. Yanğından xilasetmə pilləkənlərinin qapıları taxtadan idi”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:282
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 27 Yanvar 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri