Icma.az
close
up
RU
Bona Dea” və Nigar Köçərli arasında qalmaqal böyüdü

Bona Dea” və Nigar Köçərli arasında qalmaqal böyüdü

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

“Liv Bona Dea” Hospital “Əli və Nino” kitab mağazasının sahibi Nigar Köçərlini məhkəməyə verib. 

Globalinfo.az xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb.

Buna səbəb kimi hospitalın nüfuzauna xələl gətiriləcək paylaşımların edilməsi göstərilir: “Son dövrlərdə “Liv Bona Dea” Hospitalda əməliyyat olunmuş vətəndaş Nigar Köçərli tərəfindən şəxsi instaqram hesabı və digər sosial şəbəkə platformalarında xəstəxanamız haqqında həqiqəti əks etdirməyən, işgüzar nüfuzumuza xələl gətirən paylaşımlar edilmiş və hazırda da bu paylaşımlar davam etdirilməkdədir.

Qeyd edilən hallarla bağlı olaraq, qanunvericiliyin tələblərinə uyğun şəkildə tərəfimizdən 31.01.2026 tarixində Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilib, iddia ərizəsinə əlavə olunmuş sənədlər məhkəmə tərəfindən qeydiyyata alınıb.

Bildirmək istərdik ki, Nigar Köçərli “Liv Bona Dea” Hospital barədə müxtəlif narazılıqlar səsləndirsə də, bu müddət ərzində hər hansı hüquqi addım atmayıb. Yalnız tərəfimizdən məhkəməyə müraciət edildikdən sonra qarşı tərəf vəkil ilə müqavilə bağladığını və məhkəməyə müraciət etdiyini ictimai şəkildə bəyan edib. “Liv Bona Dea” Hospital olaraq biz bütün məsələlərin yalnız qanun çərçivəsində və hüquqi müstəvidə həll edilməsinin tərəfdarıyıq. İşgüzar nüfuzumuza və hüquqlarımıza vurulmuş zərərin aradan qaldırılması məqsədilə məhkəməyə müraciət etmişik və bu mərhələdə hər hansı kütləvi informasiya vasitəsində əlavə açıqlama verməyə ehtiyac görməmişik. Çünki bir şəxsin haqlı və ya haqsız olması yalnız məhkəmə qərarı ilə müəyyən edilir. Yekun məhkəmə qərarı əldə edildikdən sonra, nəticə barədə ictimaiyyətə müvafiq məlumat təqdim ediləcək”.

Qeyd edək ki, bu gün Nigar Köçərli də paylaşım edərək hospitala qarşı məhkəmə hazırlığına başladığını açıqlayıb.

Xatırladaq ki, ötən ay sözügedən xəstəxanada əməliyyat olunan Nigar Köçərli sosial şəbəkə hesabında tibb müəssisəsində ona biganə yanaşıldığını və baxımsız vəziyyətdə qaldığını açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:279
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Fevral 2026 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri