Icma.az
close
up
RU
Bonnda Tərəf Olmayan Tərəfdaşlarla Bakıdan Belemə Yol Xəritəsi üzrə məsləhətləşmələr keçirilib

Bonnda Tərəf Olmayan Tərəfdaşlarla Bakıdan Belemə Yol Xəritəsi üzrə məsləhətləşmələr keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bonn, 19 iyun, Pərvanə Qafarova, AZƏRTAC

İyunun 19-da Bonn İqlim Dəyişikliyi Konfransı çərçivəsində Tərəf Olmayan Tərəfdaşlarla Bakıdan Belemə Yol Xəritəsi üzrə məsləhətləşmələr keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransın açılışında COP29-un Baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, bu gün bir araya gəlməkdə əsas məqsəd baxış və tövsiyələri dinləmək, rəy və təklifləri birgə təhlil etməkdir.

“COP29 Sədrliyi olaraq biz inklüziv və şəffaf yanaşmaya sadiqliyimizi qoruyuruq. Məhz buna görə də, COP30-un gələcək sədrliyi ilə birgə bu prosesi mandatdan kənara çıxararaq tərəf olmayan iştirakçılar üçün də açıq etmişik.

Bu günə qədər məsləhətləşmələrə verdiyiniz töhfəyə görə, xüsusilə də göndərdiyiniz yazılı təkliflərə görə, minnətdarıq.

Lakin, etiraf etməliyik ki, daha çox dəstəyə ehtiyacımız var – xüsusən çoxtərəfli inkişaf bankları və beynəlxalq maliyyə institutlarından. Onlar kapitalın maya dəyərinin azaldılması, borc yükünün yüngülləşdirilməsi və dünən müvafiq tərəflərin səsləndirilmiş olduğu digər prioritet istiqamətlərdə bizə mühüm dəstək göstərə bilərlər.

Biz onların da bu prosesə sahib çıxmasını və real həll yolları təqdim etməsini istəyirik.

Dünən keçirilən sessiyada tərəflərin nümayəndələrinin nümayiş etdirdiyi iradə və qətiyyət bizi ruhlandırdı. Bir çox tərəf vurğuladı ki, Bakıda əldə olunmuş nəticələr yenidən danışıqlara açıq deyil.

Məhz bu səbəbdən, sənədin danışıqsız, məsləhət xarakterli formatda saxlanması bizə müxtəlif həll yolları təklif etmək imkanı verir. Bu isə “hamı üçün eyni model” prinsipindən uzaq duraraq daha çevik yanaşma təmin edir.

Son bir il bizim üçün asan olmadı. COP29-un əsas mandatlarından olan Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə çoxillik prosesin uğurla yekunlaşdırılması və digər mühüm məsələlərin həllini təmin etmək bizim üzərimizə düşürdü.

COP28, COP27 və ondan əvvəlki COP-ların uğurlarına əsaslanaraq, qlobal iqlim fəaliyyətində ardıcıllığı və davamlılığı təmin etmək üçün növbəti məntiqi addımı atmaq istədik.

Əvvəldən bəyan etmişdik ki, yeni iqlim maliyyəsi məqsədi həm ədalətli, həm də iddialı olmalıdır. COP29 komandası bu məqsədə çatmaq üçün aylarla fasiləsiz çalışdı.

Struktur, donorlar və məbləğ kimi bir-birinə bağlı məsələlər üzrə mövcud fikir ayrılıqlarını aradan qaldırmalı olduq. Aydın şəkildə görünürdü ki, qlobal maliyyə arxitekturasının yenidən qurulması üçün güclü keyfiyyət meyarlarına ehtiyac var. Nəticədə biz Bakı Maliyyə Məqsədi üzrə çoxdan gözlənilən razılaşmanı əldə etdik.

Bu yeni məqsəd əvvəlki hədəfi üç dəfə artırdı və 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün hər il azı 300 milyard ABŞ dolları vəsaitin səfərbər olunması öhdəliyini ortaya qoydu. Qeyd etməliyəm ki, bu, BMT prosesi çərçivəsində indiyədək qəbul edilmiş ən böyük maliyyə hədəfidir.

Bu, maliyyə bazarlarına güclü siqnal verir və uzunmüddətli planlaşdırma üçün daha çox sabitlik təmin edir.

NCQG qərarı həmçinin, 2035-ci ilə qədər bu məbləği illik 1,3 trilyon ABŞ dollarına qədər artırmaq kimi iddialı məqsədi də qarşıya qoydu.

Beləliklə, biz milyardlardan trilyonlara keçidi təmin etmiş olduq.

Bu komponentlərin hamısı birlikdə Bakı Maliyyə Məqsədi ilə iqlim maliyyəsində yeni bir dövrün başlanğıcını qoydu.

Bu yeni dövrün astanasında, Bakıda biz “Bakıdan Belemə Yol Xəritəsi”ni başladıq – məqsədimiz 1,3 trilyona çatmaq üçün aydın addımlar və mexanizmləri müəyyən etməkdir.

Bu gün isə istəyirik ki, bu yol xəritəsi qlobal iqlim icmasının ehtiyac və gözləntilərinə cavab versin”, - deyə Yalçın Rəfiyev vurğulayıb.

Daha sonra çıxış edən COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib ki, Azərbaycan 300 milyard dollarlıq tarixi maliyyə öhdəliyinin həyata keçirilməsində böyük rol oynayıb: “Bu, bizim üçün qürurvericidir. Üstəlik, Bakıda daha iddialı bir hədəf – 1,3 trilyon dollar elan olundu. Bu, indiyədək görülmüş ən böyük maliyyə öhdəliyidir. Bu rəqəmlər ilhamvericidir, lakin təkcə rəqəmlər kifayət etmir. Qarşılaşdığımız ən böyük risklərdən biri odur ki, daha çox imkana – maliyyə resurslarına, biliyə və texnologiyaya sahib olanlar üstünlük qazanaraq nəticələri öz xeyirlərinə yönəldə, digərlərini isə kənarda qoya bilərlər. Bu, baş verməməlidir. Əhatəlilik gördüyümüz hər bir işin mərkəzində olmalıdır. Hər bir səs – xüsusilə tez-tez eşidilməyənlər – dialoqun və həllərin bir hissəsi olmalıdır.

Müzakirələrdən aydın olan budur ki, bu Yol Xəritəsi daha geniş tərəfdaşlar cəmiyyətini cəlb etməlidir. İqlim üzrə çempionlar olaraq biz kiçik və orta sahibkarlıq subyektlərini, vətəndaş cəmiyyətini, özəl sektoru və fərdi yenilikçiləri mərkəzə gətirdik.

Əsas nəticə belədir ki, bu yol xəritəsi həyati əhəmiyyət daşıyır.

Özəl sektor üçün əlverişli şərait və stimullar yaradılmalıdır. İqlim layihələrini dəstəkləyəcək potensial qurulmalıdır”, - deyə Nigar Arpadarai əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 İyun 2025 22:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see169

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see155

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see143

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see127

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri