Icma.az
close
up
RU
Borc əvəzinə qəbirstanlıqda yer verdi

Borc əvəzinə qəbirstanlıqda yer verdi

News24 saytına istinadən Icma.az xəbər verir.

Türkiyədə qeyri-adi olay yaşanıb.

Eyüpsultan bələdiyyəsinin borca qarşı tarixi qəbiristanlıqdan yer təklifi müzakirələrə yol açıb.

Eyüpsultan Bələdiyyəsinin mətbəə işinə baxan Yılmaz Kurt adlı sahibkara 4 milyon liraya yaxın borcunu ödəməməsi mübahisə yaradıb. Qanuni yollarla borcunu tələb edən Kurt bələdiyyənin borca qarşılıq ona tarixi qəbiristanlıq ərazisini təklif etməsinə etiraz edib.

Kurtun sözlərinə görə 2023-cü il dekabrın 29-da mətbəə işləri tamamlanaraq bələdiyyəyə təhvil verilib, lakin ödənişlər edilməyib. Bu səbəbdən Kurt hüquqi prosesə başlayaraq bələdiyyədən borcunu tələb edib. Cavab olaraq ona Eyüpsultanın Ağaçlık məhəlləsində yer təklif edildiyi bildirilib. Lakin Kurtun araşdırmaları nəticəsində məlum olub ki, bu ərazi tarixi qəbiristanlıqdır.

Məsələ ilə bağlı açıqlama verən Yılmaz Kurt deyib: “Eyüpsultan Bələdiyyəsinə işimi təhvil verdim, lakin ödəniş edilmədi. Vəkil vasitəsilə tələb etdim, nəticədə bu qəbiristanlığı göstərdilər. Mən indi bu qəbiristanlıqla nə edəcəyəm? Burada tarixi qəbirlər var. Bələdiyyə mənə bu ərazini satıb pulumu əldə edə biləcəyimi dedi. Amma belə bir yerin satışı necə mümkün olacaq?”

Qəbiristanlıq ərazisinin icra yolu ilə satışa çıxarılacağını bildirən Kurt bu qərarın həm hüquqi, həm də mənəvi problemlər yaradacağını vurğulayıb. O, əlavə edib: “Qəbirləri köçürtmək hüquqi və ictimai baxımdan böyük çətinliklər yarada bilər. Üstəlik, belə satışa cəmiyyətin reaksiyası da mənfi olacaq. Bu məsələ ilə bağlı bələdiyyə aydın bir cavab verməlidir.”/Milli.Az /

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 Noyabr 2024 02:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see451

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see341

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see332

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see319

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see289

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see288

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see284

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see273

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see271

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see270

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see268

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see266

Onkoloji vaksinlərin effektivliyini təsdiqləyən şərtlər...

21 Noyabr 2026 21:05see248

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see248

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see248

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see221

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see214

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see209

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see207

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see207
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri