Icma.az
close
up
RU
Etibar Pirverdiyev özünə 55 min manat maaş yazdırırmış MƏHKƏMƏ İŞİ

Etibar Pirverdiyev özünə 55 min manat maaş yazdırırmış MƏHKƏMƏ İŞİ

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Bu gün, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi “Azenco” Açıq Səhmdar Cəmiyyətini keçmiş rəhbəri Vüqar Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək. Vüqar Əliyev 3 milyon 700 min manat mənimsəmədə ittiham olunur. O, ittihamı qəbul etmir. Ötən prosesdə “Azenco”nun nümayəndəsi məhkəmənin qapalı keçirilməsini istəyib. Bildirib ki, şirkətin həm ölkə daxilində, həm də xaricdə əlaqələri var. O, məhkəmədə səslənən fikirlərin ictimayyətə açıqlanmasını məqsədəuyğun olmadığını deyib.
Vüqar Əliyevin vəkili isə prosesin qapalı keçirilməsinə etiraz edib. Məhkəmə prosesin qapalı keçirilməsi barədə vəsatəti təmin etməyib.
Şahid qismində ifadə verən “Azenco”nun İdarə Heyətinin hazırkı sədri Pərviz Hacıyev dövlət ittihamçısı Valeh Ələkbərovun suallarını cavablandırıb. Bildirib ki, Vüqar Əliyevi 2023-cü ildən tanıyıb, şirkətdə maliyyə məsələləri rəhbər kimi Vüqar Əliyevin nəzarətində olub.

Şahid qeyd edib ki, “Azenco” Özbəkistandan olan şirkətlə işlərin görülməsi üçün 16 milyon manatlıq müqavilə bağlamaq barədə razılığa gəlib: "Sonradan Vüqar Əliyev məbləği əvvəlcə 14 milyona, sonra isə 8 milyon manata saldı. Məbləğin aşağı salınması səbəbini soruşanda dedi ki, Özbəkistan şirkətinin əvvəlki məbləği ödəməyə imkanı yoxdur. Biz bu işdən cəmi 3 milyon qazanc götürdük".
Pərviz Hacıyev ifadəsində Sinqapurda olan şirkətlə tender müqaviləsi bağlanması barədə heç bir məlumatı olmadığını deyib. Onun sözlərinə görə, şirkətin maliyyə hesabatları kurasiyasına görə hər gün ona təqdim olunub: "Hesabatlarda kənar xərclər müəyyən etdim. Bununla bağlı Vüqar Əliyevə şifahı xəbərdarlıq elədim. Amma o, xərclər edəndə, hədiyyələr alanda cinayət əməlinə yol verdiyini bilmirdik. Maliyyə hesabatlarında gördüm ki, gül dükanından bir gündə 15 min manatlıq gül alınıb.
Bununla bağlı heç bir tədbir görülmədi. Şifahı olaraq soruşduq, cavab verdi ki, energetiklər günüdür, hədiyyə almaq lazmdır”.
Vüqar Əliyevin vəkili şahidə Etibar Pirverdiyevin şirkətdə hansı vəzifə tutması barədə suallar versə də, bu suallar protokoldan çıxarılıb və şahid sualları cavablandırmayıb.
Digər suallara cavabda şahid bildirib ki, Özbəkistanda olan şirkətlə müzakirələr aparılması üçün həmin ölkəyə gedib, amma Etibar Pirverdiyevin ora gedib-getməməsi barədə heç bir məlumatı olmayıb.
Təqsirləndirilən Vüqar Əliyev deyib ki, maliyyə xərcləri ilə bağlı Pərviz Hacıyev ona şifahi və ya yazılı xəbərdarlıq etməyib. İlk dəfə Özbəkistandakı şirkətlə danışıqlar aparmaq üçün Etibar Pirverdiyevlə, daha sonra Pərviz Hacıyevlə gediblər: “Mən heç bir cinayət və ya mənimsəmə faktı törətməmişəm. Əgər belə hal olsaydı, məndən yuxarı vəzifəli şəxsə məlumat verərdilər. Bu vəzifəli şəxs öz aramızda “şef” adlandırdığımız Etibar Pirverdiyev idi”.
Vüqar Əliyev onu da bildirib ki, şirkətin tenderlərdə iştirakı onun səlahiyyətlərinə aid deyildi: “Mən ümumi müzakirələrdə iştirak etmişəm. Qiymətləndirmə işlərinə isə müvafiq şəxslər nəzarət edib. Beynəlxalq əlaqələrlə bağlı tədbirlərə qoşulmuşam. Burada əsas şəxs Etibar Pirverdiyev olub, bütün xarici müzakirələrdə o iştirak edib”.
Daha sonra müdafiə tərəfi şahid Pərviz Hacıyevə Etibar Pirverdiyevi tanıyıb-tanımaması, “Nur” MMC-nin kimə məxsus olması barədə suallar versə də, dövlət ittihamçısı sualların hazırda araşdırlan cinayət işinə heç bir adiyyəti olmadığını deyib, sualların cavablandırılmamasını istəyib. Hakim prokurorun fikrilə razılaşıb, suallar cavablandırılmayıb. Təqsirləndirilən şəxsin vəkili Nurlan Məmmədov deyib ki, Etibar Pirverdiyev şirkətdə məsləhətçi işləyib, 55 min manat əməkhaqqı alıb: "Bu məbləğ idarə heyəti sədrinin əməkhaqqısından qat-qat çoxdur. Heç adi bir məsləhətçi 55 min manat maaş alar?"
Hakim bildirib ki, iş gününün sonu olduğu üçün şahid Pərviz Hacıyevin sorğusu yarımçıq saxlanılır, növbəti iclasda sorğu-sual davam edəcək. Elan olunub ki, müdafiə tərəfi təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə elektron sistemə vəsatət yerləşdirib. Dövlət ittihamçısı vəsatətin əsassız olduğunu və təmin olunmamasını istəyib.
Vəkil Nurlan Məmmədov bildirib ki, müvəkkilini şahidlərə təsir göstərmək adı ilə həbsdə saxlamaq əsaslı iddia deyil. Onun sözlərinə görə, Vüqar Əliyevin 5 azyaşlı uşağı var.
Müşavirə keçirən hakimlər heyəti vəsatəti təmin etməyib.
Qeyd edək ki, “Azenco” şirkətinin “Azərenerji”nin keçmiş rəhbəri Etibar Piriverdiyevə bağlı olduğu bilinir.
Etibar Pirverdiyev vəzifədə olduğu dövrdə “Azenco” Azərbaycanda nəhəng enerji infrastrukturu layihələrinin həyata keçirilməsində, həmçinin dövlət büdcəsindən maliyyələşən digər işlərdə iştirak edib.
Vüqar Əliyev 2022-2023-cü illərdə şirkətin İdarə Heyətinin sədri, sonradan isə bir müddət Müşahidə Şurasının sədri işləyib. O, 1 il əvvəl daxil olmuş şikayət əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Cinayət işi ilə bağlı fərqli ünvanlarda yerləşən əmlaklar üzərinə həbs qoyulub.
Vüqar Əliyevə Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə yekun ittiham elan olunub. Bu maddənin sanksiyası 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

/Musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Noyabr 2026 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see319

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see307

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see303

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see299

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see299

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see295

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see287

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see283

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see278

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see277

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see253

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see252

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see246

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see245

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see244

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see239

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see233

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see232

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see230

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri