COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Antalya, 16 noyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində 2023-cü il fevralın 6-da Kahramanmaraş vilayəti və ətraf bölgələrdə baş verən dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işləri əks etdirən “Feniks quşu” pavilyonu təşkil olunub.
AZƏRTAC xəbər verir ki, mifologiyada və mədəniyyətdə öz külündən yenidən doğulduğuna inanılan əfsanəvi, ölməz od quşun adını daşıyan pavilyonun hazırlanması prosesində fəlakət zonasında dağıntılar arasından toplanan tikinti materiallarından istifadə olunub.
3B beton çapı texnologiyası ilə hazırlanan pavilyonda Türkiyənin zəlzələ bölgəsində son bir neçə il ərzində həyata keçirilən geniş bərpa və quruculuq işləri haqqında məlumat verilir.
COP-31 iştirakçılarına, təbii fəlakət zonalarında toplanan tikinti materiallarının tullantılarının yenidən emalının mümkün olduğu və bu prosesin davamlı inkişafa ciddi tövhə verə biləcəyi bildirilir.
Yaşıl zonada yaradılan pavilyon böyük maraqla qarşılanıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Baxış sayı:113
Bu xəbər 16 Noyabr 2026 12:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















