Icma.az
close
up
RU
Borcu məhkəməsiz necə tələb etmək olar?

Borcu məhkəməsiz necə tələb etmək olar?

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Borc məsələsi tərəflər arasında ən çox mübahisə yaradan mövzulardan biridir. Bəs borc qaytarılmadıqda borcverən nə edə bilər? Bunun üçün ancaq məhkəməyə müraciət etmək lazımdır?

“Qafqazinfo” xəbər verir ki, qanunvericilikdə belə hallarda istifadə olunan mexanizmlərdən biri də icra qeydidir.

Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Bu sənədlər Nazirlər Kabinetinin “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” Qərarına əsasən müəyyən olunur.

Qərarda qeyd edilən sənədlərlə aşağıdakı pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq mümkündür:

- Notariat qaydasında təsdiq edilmiş əqdlər üzrə borcun alınması;

- Hesablaşma və kredit münasibətlərindən irəli gələn əsaslarla borcun alınması;

- Nisyə alınmış mallar üçün borcun və müamilənin alınması;

- Yaşayış və qeyri-yaşayış sahələrindən kirayə müqavilələri üzrə, habelə kommunal xidmətləri üçün borcun alınması;

- İşçilər əmək münasibətlərini pozduqda, onların müəssisəyə, idarəyə və təşkilata ödəmədikləri borcun alınması və digər.

İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və qanunvericilikdə nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslərin yazılı qaydada da notariat ofisilərinə müraciət etmələri mümkündür.

Lakin tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur.

İcra qeydinin aparılması barədə ərizə Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və (xüsusi icra məmurlarının icraatına yönəldilməsi üçün tələbkara verildiyi hal istisna olmaqla) icra qeydini Elektron notariat informasiya sistemi vasitəsilə Elektron icra informasiya sisteminə göndərir. Sənəd nəzərdə tutulan tələblərə uyğundursa icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir.

Bununla belə icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Qanunvericiliyə görə, icra qeydi və ya onun verilməsinə birbaşa hüquqi əsas olan sənədə dair borclu tərəfindən iddia qaydasında mübahisə qaldırıldıqda (əgər bu cür mübahisəyə qanunla yol verilirsə) bu halda icra qeydi ilə bağlı icraat məcburi olaraq dayandırılır.

Yalnız “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydi burada istisnadır. Belə ki, ipoteka ilə təmin edilmiş borcla bağlı borclu məhkəməyə müraciət etsə belə icra prosesi davam etdirilir.

Ceyhun Həmid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 Sentyabr 2026 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri