Icma.az
close
up
RU
Borcunu tam ödəyən vətəndaş niyə illərlə risk qrupunda qalır? EKSPERT AÇIQLADI

Borcunu tam ödəyən vətəndaş niyə illərlə risk qrupunda qalır? EKSPERT AÇIQLADI

Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Bəzi insanlar kredit ödənişlərini vaxtında etməsələr də, sonda borclarını tam şəkildə bağlayırlar. Buna baxmayaraq, banklar həmin şəxsləri uzun müddət “qara siyahı”dan çıxarmır.

Bu hal isə onların yenidən kredit götürmək imkanlarını məhdudlaşdırır.

Bəs borcunu tam ödəyən vətəndaşların qara siyahıda qalması nə dərəcədə ədalətlidir və banklar bu məsələdə hansı addımları atmalıdır?

Mövzu ilə bağlı Gununsesi.info  -ya danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qara siyahı deyilən anlayış yoxdur, sadəcə hər kəsin kredit tarixçəsi var və bu tarixçə Kredit Bürosunda saxlanılır:

” Bank və ya bank olmayan kredit təşkilatları kreditlərlə bağlı məlumatı mütəmadi olaraq ora ötürürlər. Burada əsasən gecikmələr əks olunur. Şəxs bir gün belə gecikdirsə, bu, tarixçədə qeyd olunur. Sonradan borcu bağlasa belə, həmin məlumat orada qalır və qanuna görə 10 il saxlanılır. Deməli, “qara siyahı” anlayışı mövcud deyil. Sadəcə vətəndaş kredit üçün müraciət etdikdə bank və ya digər maliyyə qurumu onun tarixçəsinə baxır və görür ki, vaxtında ödənilməyən hallar olub”.

Əkrəm Həsənov bildirib ki, bu, həmin şəxsə kredit verilməyəcəyi anlamına gəlmir:

“Verilə bilər, ancaq eyni zamanda bankın imtina etmək hüququ da var. Bank hesab edə bilər ki, vətəndaşın ödəniş intizamında risk var və buna görə kredit verməsin.

Qanunlarda belə bir məhdudiyyət yoxdur ki, gecikməsi olan şəxs kredit ala bilməz. Sadəcə, kredit verən qurumun da hüququdur ki, müştərinin tarixçəsini bilsin, dəyərləndirsin və qərar versin. Yəni kredit verib-verməmək tamamilə həmin qurumun öhdəsinə qalır”.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:272
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Sentyabr 2025 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri