Börnhem Ağ Evin saxta əməkdaşı ilə yazışıb
Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Böyük Britaniyanın Baş naziri Endi Börnhem özünü Ağ Evin aparat rəhbəri Syuzi Uayls kimi təqdim edən fırıldaqçı ilə yazışıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı "Politico" nəşri öz mənbələrinə istinadən yayıb.
Məlumata görə, Börnhem həmin şəxslə sadəcə bir neçə dəfə mesajlaşıb və iddiaya görə bu yazışmalar "ciddi heç bir önəm daşımır".
Buna baxmayaraq, Britaniyanın Vaşinqtondakı səfirliyinin hadisədən ciddi şəkildə narahat olduğu və məsələni Ağ Ev rəsmiləri ilə müzakirə etdiyi bildirilir.
Birləşmiş Krallığın Nazirlər Kabineti Uaylsın mobil cihazının kiberhücuma məruz qalmasından ehtiyatlanır. Buna səbəb kimi 2025-ci il ərzində bəzi amerikalı siyasətçilərin və iş adamlarının onun adından şübhə doğuran mesajlar alması göstərilir.
Nəşr qeyd edir ki, Börnhemin saxtakarla nə vaxt yazışdığı və mesajlarda konkret olaraq nələrin müzakirə edildiyi hələlik bəlli deyil.
Ağ Ev tərəfi məsələnin şərh olunması ilə bağlı müraciətləri cavabsız qoyub. Böyük Britaniya Nazirlər Kabinetinin nümayəndəsi isə sadəcə hökumətin milli təhlükəsizlik məsələlərini şərh etmədiyini bildirməklə kifayətlənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 17 Avqust 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















