Ağ Evin keçmiş əməkdaşı Vindman ukraynalı oliqarxlar tərəfindən dəstəklənir
Oxumeni.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) keçmiş əməkdaşı, 2019-cu ildə ABŞ prezidenti vəzifəsində çalışmış Donald Trampın impiçmenti üzrə məhkəmə prosesinin şahidi Aleksandr Vindman Ukraynadan olan oliqarxlar tərəfindən dəstəkənir.. İlon Mask bu barədə çərşənbə günü açıqlama verib.
"Vindman ukraynalı oliqarxların maaşındadır və dövlətə xəyanət edib, ona görə də müvafiq cəzasını alacaq", - milyarder X-də yazıb.
Alexander Vindman ABŞ ordusunun təqaüdə çıxmış polkovnik-leytenantıdır və Ağ Evin Milli Təhlükəsizlik Şurasının keçmiş rəsmisidir. O, Ukraynada anadan olub, lakin uşaq ikən ailəsi ilə birlikdə ABŞ-a köçüb. Vindman 2019-cu il impiçment prosesinin bir hissəsi olaraq Trampa qarşı ifadə verib. Buna səbəb Kiyevi ABŞ administrasiyasının rəhbərinin 2020-ci ildə ikinci müddətə seçilməsinə kömək etmək üçün Trampın Vladimir Zelenskiyə təzyiq göstərməsi ehtimalı olub.
Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 28 Noyabr 2024 12:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















