Icma.az
close
up
RU
Menu

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

“Borrel mənim komandamın üzvüdü”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır” KONKRET

“Borrel mənim komandamın üzvüdü”, “Paşinyanı uzaqlaşdırmaq lazımdır” KONKRET

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avropa siyasətində rəzillik davam edir. Minval Politika-nın əldə etdiyi sensasiyalı video görüntülər Avropa qurumlarında erməni lobbisinin fəallığının və Avropa İttifaqının yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını tam çılpaqlığı ilə göstərir. Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Ocampo və onun oğlu Tomasın əks olunduğu video görüntülərdən gedir. Onların hər ikisi öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar.

KONKRET.az minvalaz-a istinadən xəbər verir ki, əvvəlcə gəlin görək Luis Okampo kimdi? Azərbaycan auditoriyasına onu xüsusi tanıtmağa ehtiyac duymuruq. Argentina vətəndaşı, prokuror vəzifəsini böyük qalmaqalla tərk edən bu şəxs son illər pullu erməni lobbiçisinə çevrilib. Bu şəxs yeni sponsorlarının sifarişlərini yerinə yetirmək üçün hər şeyə hazırdır — açıq-aydın feyklər yaymağa da,  yalanlar danışmağa da, ksenofobiya və islamofobiya üzərindən manipulyasiyalara da. Onun bu utanc verən fəaliyyəti haqda biz çox danışmışıq.

Lakin indi istefada olan prokuror ətrafındakı qalmaqal yeni rənglər almağa başlayır. Okamponun oğlu söhbət zamanı açıq şəkildə məqsədlərini açıqlayır: “Bizim nail olmalı olduğumuz şey — Paşinyanı, yəni baş naziri uzaqlaşdırmaqdır”.

Daha maraqlısı isə Luis Okamponun özünün açıqlamalarıdır. Videoda da göründüyü kimi, o çəkinmədən bildirir: “Əgər belə işlərlə məşğul olan bir şirkətim varsa, bunu maya dəyərinə edə bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O, hüquqi müşavir olub…” Həmsöhbət dəqiqləşdirir: “Borrel?” Okampo isə heç bir tərəddüd etmədən cavab verir: “Bəli, elə həmin Borrel. Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Lyayenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilərəm”.

Videoyazıları və onların mətnini təqdim edirik:

Luis Moreno Okampo:  Əgər mənim bu cür işlərlə məşğul olan bir şirkətim olsa, biz bunları maya dəyərinə edə bilərik. Məsələn, hazırda komandamda çox güclü bir mütəxəssis var — o, vaxtilə Avropa Parlamentinin üzvü olub. O, hüquqi məsləhətçisi idi

Həmsöhbət: Borrell?

Luis Moreno Okampo: Hə, Josep Borrell. Deməli, bu şəxs indi mənim üçün Avropa Parlamentində çalışır. Və orada — Avropa Parlamentində mən müraciət edə, etiraz edə, birbaşa suallar ünvanlaya və Ursula von der Leyenə təzyiq göstərə bilərəm, beləcə Avropa siyasətinə təsir etmək mümkündür.

… Bundan başqa bir məsələ də ortaya çıxıb — əvvəllər bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur.

Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa İttifaqı hazırda daha böyük əhəmiyyət daşıyır — Donald Tramp artıq müəyyən mənada, məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dakı erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real, həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı dağıtmalı deyiləm — qapı artıq açıqdır, biz sadəcə onu açırıq.

Tomas Moreno Okampo (oğlu):  Bizim işimiz insanları koordinasiyasını təşkil etmək idi ki, onlara “baxın, görün nələr baş verir” deyib hamını məlumatlandıraq. Nələrin baş verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu. Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində çalışan insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc bir qadın, sosial media kampaniyasına rəhbərlik edir — çünki Ermənistanda hazırda böyük bir qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, Baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Həmsöhbət: Prezidenti?

Tomas Moreno Okampo: Biz onu uzaqlaşdırmalıyıq.

Göründüyü kimi, Okamponun planları kifayət qədər genişdir: Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla müqavilənin ləğvinə məcbur etmək və ABŞ-dakı erməni lobbisi ilə əlaqəli şəkildə təzyiqi artırmaq. Görünür, əsas alət isə “insan hüquqları” mövzusunda spekulyasiyalardır.

Bu isə artıq çox ciddi məsələdir. Əslində, söhbət Ermənistanın daxili işlərinə kobud müdaxilədən və regional sülhə və təhlükəsizliyə zərbə vurmaq cəhdlərindən gedir. Açıq desək, Luis Okampo erməni lobbisinin maliyyə dəstəyi və sifarişi ilə regional sülhə və Azərbaycana qarşı kampaniya aparır və bu kampaniyaya Avropa siyasətçiləri və Rusiyada yaşayan erməni oliqarxlar geniş şəkildə cəlb olunub.

Üstəlik, bu çirkli kampaniyanın əsas fiqurlarından biri Avropa diplomatiyasının sabiq rəhbəri Jozep Borrel və onun ətrafıdır. Redaksiyamızda bu kampaniyada iştirak edən digər Avropa Parlamenti deputatları və Aİ-nin yüksək vəzifəli şəxsləri barədə də məlumatlar var.

Kampaniyanın maliyyələşdirilməsi əsasən Rusiyada yaşayan erməni oliqarxlar — Samvel Karapetyan, Ruben Vardanyan və digərləri tərəfindən həyata keçirilib. Videoda Okamponun oğlunun Ermənistanın siyasi vəziyyəti və baş nazirin devrilməsi planlarını açıq müzakirə etməsi isə xüsusi diqqət çəkir. Görünən odur ki, Okampo, Borrel və digərləri Rusiyanın iştirakı ilə Avropada və Avropa Parlamentində aparılan kampaniya çərçivəsində Ermənistanda hakimiyyət dəyişikliyi, o cümlədən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzində olublar.

Əslində, bu yeganə hal deyil. Minval Politika-nın daha əvvəl yazdığı kimi, bir müddət əvvəl Aİ Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üçün qrup göndərmişdi. Maraqlıdır ki, bu təhdidlərin formalaşmasında Avropa Parlamentinin özü kimi strukturların da rolu ola bilər. Üstəlik, Avropa Parlamentinin müvafiq qətnaməsinin mətni və narrativləri təəccüblü şəkildə Rusiya ritorikası ilə üst-üstə düşür.

Açığını desək, Avropa strukturlarında korrupsiyanın miqyası heç kəsə sirr deyil. Borrelin kimə xidmət etdiyi də məlumdur. Lakin təqdim olunan materiallar yeni sensasiyalı adları və faktları üzə çıxarır.

Ən vacibi isə budur: bu gün hər bir ifşa “dərin feyk” və ya neyroşəbəkə məhsulu kimi təqdim edilməyə çalışıldığı bir dövrdə yaşayırıq. Ona görə biz əvvəlcədən bəyan edirik — təqdim etdiyimiz videomateriallar tamamilə orijinaldır və süni intellekt vasitəsilə heç bir müdaxiləyə məruz qalmayıb. Biz yarana biləcək şübhələri anlayırıq və bir daha qeyd edirik ki, sizə təqdim etdiyimiz görüntülər realdır.

Jurnalist etikası qaydalarına uyğun olaraq, Minval Politika vəziyyətə aydınlıq gətirmək üçün Okamponun mövqeyini də dərc etməyə hazırdır. Həmçinin redaksiya bu qalmaqalla bağlı şərhlər almaq üçün Avropa Parlamenti və Aİ-nin digər institutlarına rəsmi sorğular göndərməyi planlaşdırır.

Biz haqlı olaraq  suallarımıza cavab verilməsini gözləyirik. Avropa Parlamenti, Avropa Komissiyası və Belçikanın xüsusi xidmət orqanları təqdim etdiyimiz bu mümkün korrupsiya faktlarını araşdıracaqmı? Bu faktlar təcili və hərtərəfli istintaq tələb edir! Belçika xüsusi xidmət orqanları adı çəkilən şəxslərin Avropa Parlamentində fəaliyyətini araşdırmalı və Borrel, Okampo və digərlərinin iştirakı ilə mümkün korrupsiya sxemlərini üzə çıxarmalıdır. Yəqin ki, Ermənistan mediası da ölkə daxilində bu məsələni araşdırmalı və hibrid təhdidlərə qarşı tədbirlər görməlidir.

Şübhə etmirik ki, biz hələ bu iş üzrə Avropa Parlamentində yeni qalmaqallar və araşdırmaların şahidi olacağıq. Okamponun və onun şəbəkəsinin — erməni lobbisi və satın alınmış avropalı siyasətçilərin — fəaliyyəti açıq şəkildə göstərir ki, onların hədəfi yalnız Bakı deyil. Hədəfdə həm də İrəvan və regionda yaranmaqda olan həssas balansdır. Başqa sözlə, bu, sülh prosesini pozmaq və vəziyyəti idarə olunan destabilizasiya ssenarisinə qaytarmaq cəhdidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://konkret.az
archiveBu xəbər 30 Aprel 2026 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see291

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see247

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see245

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see241

TÜRK MÜDAFİƏ SƏNAYESİNİN YENİ UĞURU... 51 dronu bir neçə saniyədə məhv edir + VİDEO

15 Noyabr 2026 19:14see238

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see234

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see226

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see222

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see217

Azərbaycanda sərnişin mikroavtobusu qəzaya uğradı: Çox sayda yaralı var Video

15 Noyabr 2026 16:38see213

2040 cı ilə qədər qlobal iqtisadiyyatda nə baş verəcək: Azərbaycan hansı mövqedə olacaq?

15 Noyabr 2026 14:02see203

Bakıda temperatur 7 8 dərəcə enəcək Növbəti 3 günün hava proqnozu

15 Noyabr 2026 09:13see194

Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı

15 Noyabr 2026 15:38see190

“Boranı” restoranı ilə bağlı iddia: Tək gəldiyi üçün müştəriyə girişə icazə verilmədi

15 Noyabr 2026 21:02see190

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see186

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see183

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see182

İran parlamenti ABŞ la danışıqların başa çatdığını açıqlayıb

15 Noyabr 2026 17:27see170

Xərçənglə mübarizədə mühüm kəşf: Xəstələrin ömrü uzana bilər

15 Noyabr 2026 05:49see169

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri