Borrelin adı dələduzluqda hallanır
Icma.az bildirir, Reyting.az portalına istinadən.
Avropa Komissiyası Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə əvvəlki ali nümayəndəsi Josep Borrelin dələduzluq işində iştirakı məsələsini şərh etməkdən imtina edib.
Məlumata görə, Aİ-nin rəsmi nümayəndəsi Anita Hipper Avropa Komissiyasında keçirilən brifinqdə Avropa Xarici Fəaliyyət Xidmətinin ofislərində axtarışların aparıldığını təsdiqləyib.
Hipper davam edən istintaqa istinad edərək, axtarışların səbəbini və kim tərəfindən aparıldığını açıqlamaqdan imtina edib.
Bununla belə, müxtəlif mənbələr iddia edir ki, gənc diplomatların hazırlanması üçün tender məlumatlarının Avropa Kollecinə ötürülməsi ilə bağlı əməliyyat çərçivəsində EEAS-ın üç əməkdaşı saxlanılıb.
Daha əvvəl verilən məlumata görə, Avropa İttifaqının Brüsseldəki diplomatik xidmətinin qərargahında aparılan axtarışlardan sonra Avropa diplomatiyasının keçmiş rəhbəri Federika Mogerini saxlanılıb. Digər saxlanılan şəxs Aİ diplomatik xidmətinin keçmiş baş katibi Stefano Sannino olub(Report).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 02 Dekabr 2025 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















