Icma.az
close
up
RU
Borrell Azərbaycana qarşı təbliğata görə cavab verməlidir Hulusi Kılıç

Borrell Azərbaycana qarşı təbliğata görə cavab verməlidir Hulusi Kılıç

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Avropa Birliyi komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell Belçikanın Brügge şəhərində Avropanı “bağça”, dünyanın qalan hissəsini isə “cəngəllik” kimi xarakterizə edib. Borrell həmçinin əsassız ittihamlarla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə qarşı çıxan şəxslərin başında durub.

Globalinfo.az xəbər verir ki, Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç Oxu.az-a açıqlamasında AB-nin həqiqətlərin üzünə deyilməsindən xoşlanmadığını bildirib. O, Borrellin Avropanı “bağça”, qalan ölkələri “cəngəllik” kimi qiymətləndirməsini də pisləyib. Hulusi Kılıç bu açıqlama ilə Borrelin dünyanın Aİ xaricində qalan hissəsinə həqarətlə yanaşdığını göstərdiyini vurğulayıb.

“Azərbaycan Prezidenti İlham Əliyev 12 noyabrda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Niderland və Fransanı Karib və Sakit okeandakı dənizaşırı bölgələrdə baş verən ətraf mühit çirklənməsinə görə məsuliyyət daşımaqda ittiham etdi. Prezident, həmçinin, Makron rejiminin Yeni Kaledoniyada kanakların qanuni etirazlarını yatırmaq üçün güc tətbiq etməsi nəticəsində 13 nəfərin öldürüldüyünü, 160 nəfərin yaralandığını, 1700 nəfərin isə həbs edildiyini vurğulayıb. Digər tərəfdən Martinik və Qvadelupa adalarındakı etirazlar zamanı 38 nəfər həbs edilib. Lakin Avropa Birliyi və onun xarici siyasətinin başında duran Borrel bütün bu baş verənlər qarşısında susub, göz yumub. Prezident İlham Əliyevin haqlı olaraq həmin ölkələrin qanunsuz fəaliyyətlərini üzlərinə vurması, Aİ-nin baş verənlər qarşısında susmasını ikiüzlülük kimi qiymətləndirməsi Borrelli narahat edir. Onun Fransa və Niderlandı müdafiə etməsi cinayətə şərik olması deməkdir. Biz Makron və Borrellin COP29-a qatılaraq ada dövlətlərinin problemlərini dinləməsini gözləyirdik. Borrell AB-nin xarici siyasətinin başında durur. Tutduqları mövqeyə səbəbindən onlar etdikləri hörmətsizliyə və Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına qatılmamalarına görə açıqlama verməlidirlər. O, COP29-un Azərbaycanda keçirilməsi qərarından sonra Avropada aparılan boykot və qarayaxmaya görə cavab verməlidir”, – deyə sabiq səfir vurğulayıb.

Hulusi Kılıç COP29-a qatılmayan və onu əngəlləmək istəyən ölkələrin dünyada iqlim dəyişikliyindən, baş verən təbii fəlakətlərdən məsuliyyət daşıdığını vurğulayıb:

“Yer kürəsi ortaq evimizdir. Dəniz və okeanlarda çirklənmə, qlobal istiləşmə, suyun səviyyəsinin artması, sellər, meşə yanğınları, hava çirklənməsi, qida təhlükəsizliyi bəşəriyyətin gələcəyini təhdid edən ən mühüm problemlərdəndir. Bakıda bu problemlərə həll yolları axtarılır. Jozep Borrell, Makron və COP29-a qatılmayan İsveçrə, Norveç buranın siyasi arena olmadığını bilməlidir. BMT baş katibi, dünyanın 190-dan çox ölkəsindən 75 mindən çox nümayəndəsi buradadır. Mən onu da demək istəyirəm ki, dünyada iqlim çirklənməsi ilə bağlı problemlərin əsas səbəbi inkişaf etmiş ölkələrdəki sənayeləşmədir. Bu səbəbdən onlar bizimlə fikirlərini bölüşməlidirlər. Bura qatılmayan ölkələri günahkar hesab edirəm. Azərbaycan illərdir ki, “Yaşıl Dünya” şüarı ilə minlərlə ağac əkib, meşə sahəsini genişləndirib. Eyni zamanda Azərbaycan kiçik ada dövlətlərinin problemlərini yaxından izləyir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan bu ölkələrə yardım əlini uzadıb. Bu baxımdan həmin dövlətlərin COP29 gündəmində olması çox önəmlidir. Həmçinin, Azərbaycan iqlim dəyişikliyi məsələsində bu ölkələrə yardım edilməsini gündəmə gətirib və öz üzərinə düşəni edib. COP29 bu günə qədər keçirilən ən səmərəli iqlim konfransıdır. Bu məsələ iştirakçı ölkələr tərəfindən də yüksək qiymətləndirilib. Bütün deyilənlər kontekstində COP29 Konfransının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə gücünü göstərir və mövqeyini möhkəmləndirir”, – deyə politoloq sözlərini yekunlaşdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:183
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2024 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri