Icma.az
close
up
RU
Borrell Azərbaycana qarşı təbliğata görə cavab verməlidir!

Borrell Azərbaycana qarşı təbliğata görə cavab verməlidir!

Icma.az bildirir, Axar.az portalına istinadən.

Avropa Birliyi komissiyasının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell Belçikanın Brügge şəhərində Avropanı "bağça", dünyanın qalan hissəsini isə "cəngəllik" kimi xarakterizə edib. Borrell həmçinin əsassız ittihamlarla BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə qarşı çıxan şəxslərin başında durub.

Axar.az xəbər verir ki, Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç Oxu.az-a açıqlamasında AB-nin həqiqətlərin üzünə deyilməsindən xoşlanmadığını bildirib. O, Borrellin Avropanı "bağça", qalan ölkələri "cəngəllik" kimi qiymətləndirməsini də pisləyib. Hulusi Kılıç bu açıqlama ilə Borrelin dünyanın Aİ xaricində qalan hissəsinə həqarətlə yanaşdığını göstərdiyini vurğulayıb.

"Azərbaycan Prezidenti İlham Əliyev 12 noyabrda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışında Niderland və Fransanı Karib və Sakit okeandakı dənizaşırı bölgələrdə baş verən ətraf mühit çirklənməsinə görə məsuliyyət daşımaqda ittiham etdi. Prezident, həmçinin, Makron rejiminin Yeni Kaledoniyada kanakların qanuni etirazlarını yatırmaq üçün güc tətbiq etməsi nəticəsində 13 nəfərin öldürüldüyünü, 160 nəfərin yaralandığını, 1700 nəfərin isə həbs edildiyini vurğulayıb. Digər tərəfdən Martinik və Qvadelupa adalarındakı etirazlar zamanı 38 nəfər həbs edilib. Lakin Avropa Birliyi və onun xarici siyasətinin başında duran Borrel bütün bu baş verənlər qarşısında susub, göz yumub. Prezident İlham Əliyevin haqlı olaraq həmin ölkələrin qanunsuz fəaliyyətlərini üzlərinə vurması, Aİ-nin baş verənlər qarşısında susmasını ikiüzlülük kimi qiymətləndirməsi Borrelli narahat edir. Onun Fransa və Niderlandı müdafiə etməsi cinayətə şərik olması deməkdir. Biz Makron və Borrellin COP29-a qatılaraq ada dövlətlərinin problemlərini dinləməsini gözləyirdik. Borrell AB-nin xarici siyasətinin başında durur. Tutduqları mövqeyə səbəbindən onlar etdikləri hörmətsizliyə və Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasına qatılmamalarına görə açıqlama verməlidirlər. O, COP29-un Azərbaycanda keçirilməsi qərarından sonra Avropada aparılan boykot və qarayaxmaya görə cavab verməlidir", - deyə sabiq səfir vurğulayıb.

Hulusi Kılıç COP29-a qatılmayan və onu əngəlləmək istəyən ölkələrin dünyada iqlim dəyişikliyindən, baş verən təbii fəlakətlərdən məsuliyyət daşıdığını vurğulayıb:

"Yer kürəsi ortaq evimizdir. Dəniz və okeanlarda çirklənmə, qlobal istiləşmə, suyun səviyyəsinin artması, sellər, meşə yanğınları, hava çirklənməsi, qida təhlükəsizliyi bəşəriyyətin gələcəyini təhdid edən ən mühüm problemlərdəndir. Bakıda bu problemlərə həll yolları axtarılır. Jozep Borrell, Makron və COP29-a qatılmayan İsveçrə, Norveç buranın siyasi arena olmadığını bilməlidir. BMT baş katibi, dünyanın 190-dan çox ölkəsindən 75 mindən çox nümayəndəsi buradadır. Mən onu da demək istəyirəm ki, dünyada iqlim çirklənməsi ilə bağlı problemlərin əsas səbəbi inkişaf etmiş ölkələrdəki sənayeləşmədir. Bu səbəbdən onlar bizimlə fikirlərini bölüşməlidirlər. Bura qatılmayan ölkələri günahkar hesab edirəm. Azərbaycan illərdir ki, "Yaşıl Dünya" şüarı ilə minlərlə ağac əkib, meşə sahəsini genişləndirib. Eyni zamanda Azərbaycan kiçik ada dövlətlərinin problemlərini yaxından izləyir. Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan bu ölkələrə yardım əlini uzadıb. Bu baxımdan həmin dövlətlərin COP29 gündəmində olması çox önəmlidir. Həmçinin, Azərbaycan iqlim dəyişikliyi məsələsində bu ölkələrə yardım edilməsini gündəmə gətirib və öz üzərinə düşəni edib. COP29 bu günə qədər keçirilən ən səmərəli iqlim konfransıdır. Bu məsələ iştirakçı ölkələr tərəfindən də yüksək qiymətləndirilib. Bütün deyilənlər kontekstində COP29 Konfransının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə gücünü göstərir və mövqeyini möhkəmləndirir", - deyə politoloq sözlərini yekunlaşdırıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://axar.az
archiveBu xəbər 19 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri