“Borussiya”nın əfsanəvi kapitanı vəfat edib
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyanın “Borussiya” Dortmund futbol klubunun sabiq kapitanı Volfqanq Paul vəfat edib.
İdman.Biz xəbər verir ki, klub əfsanəsi uzun sürən xəstəlikdən sonra 86 yaşında dünyasını dəyişib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb.
“Borussiya”nın prezidenti Hans-Yoahim Vatske sabiq futbolçunun ölümü ilə bağlı kədərləndiyini bildirib:
“Bu xəbər bizi inanılmaz dərəcədə məyus etdi. Volfqanq təvazökar, sadə, sadiq və dürüst insan idi. O, klubun ikonasıdır. Onun üçün çox darıxacağam. Fikirlərimiz ailəsi ilədir”.
Paul bütün klub karyerasını “Borussiya” Dortmundda keçirib. O, 1963-cü ildə Almaniya çempionu olub, 1965-ci ildə ölkə kubokunu, 1966-cı ildə isə Kuboklar kubokunu qazanıb. Bu, Dortmund klubunun tarixində ilk avrokubok titulu olub.
Sabiq müdafiəçi 1966-cı il dünya çempionatında Almaniya millisinin heyətində yer alsa da, turnirdə meydana çıxmayıb. Almaniya həmin mundialın finalında İngiltərəyə əlavə vaxtda 2:4 hesabı ilə uduzub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 28 İyun 2026 20:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















