Icma.az
close
up
RU
Boş oturacaq (Hekayə)

Boş oturacaq (Hekayə)

Tribuna saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

- +

Yağışlı payız günlərinin birində dayanacaqda ayaq üstə duraraq avtobus gözləyərkən mən ona qarşı olan hisslərimi etiraf etmək ərəfəsindəydim. Özü də mən bunu açıq şəkildə yox, başqa sözlərlə, ancaq səsimin ahəngi ilə bildirmək fikrindəydim. Heç zaman inanmazdım ki, sırtıqlığa az da olsa yaxın olan fikirlərin beynimə belə nüfuz etməsinə yol verə bilərəm.
Xoşladığım tutqun hava ilə qarışmış romantik hisslər mənim bütün vücuduma hopduğundan, ayağıma ağır qurğuşun parçası bağlansaydı belə bəlkə də bu ağırlığı hiss etməzdim.
Dayanacaqda onunla yanaşı dayandığım müddətdə bir anlıq mənə elə gəldi ki, əgər əlimi onun çantanı tutan barmaqlarının üstünə qoysam ürəyimin döyüntüsünü bütün ətrafdakılar aydınca eşidəcəklər. Məsumluq, qürur, təbii gözəllik, gələcək ana şəfqətli sima sanki sözləşib hamısı bir yerdə onun çöhrəsində cəmlənmişdi. Mən “ürək” eləyib ona yaxınlaşmaq istəyəndə qarşımızda gözlədiyimiz avtobus dayandı və o, başqaları ilə birlikdlə içəri, boş salona daxil oldu.
O qabaq sırada, şüşə tərəfdə oturaraq baxışlarını mənə tərəf yönəltdi. “Döyünən” gözləri ola bilsin ki, mənim də bu avtobusa minməyimi arzulayırdı. Təsadüfdənmi, yoxsa Allahın qanunauyğunluğundanmı, bütün yerlər tutulsa da onun yanındakı oturacaq boş idi. Elə bil minib-minməməklə mənim həyatım həll olunurdu. Mən onun baxışlarının təsirinə dözməyərək instiktiv olaraq başımı aşağı saldım. Elə bir məqam yarandı ki, beynimdə içəri daxil olmaq fikri təzədən oyandı. Başımı qaldırdım.
O daha mən tərəfə baxmırdı. Qərarsızlıqdan qıvrılmağıma axır ki, son qoyuldu. Əlbəttə bu nə qədər qəribə görsənsə də mənim hələ də avtobusu saxladıb salona daxil olmaq imkanım qalırdı.


Ancaq Sumqayıtdan Bakıya gedən başqa avtobusa mindim. Yol boyu yağmaqda davam edən yağışın damcıları üzümü söykədiyim şüşə boyunca aşağı axırdı.
Gərgin düşüncələr beynimi yorduğundan yuxu məni apardı. Ayılanda gördüm ki, yol bağlı olduğundan avtobusumuz yarı yolda dayanıb. Deyəsən qabaqda ağır yol qəzası baş vermişdi. Düşüb baxdım. Düşməmişdən qabaq ürəyimə danmışdı ki, həmin avtobus olacaq.
Gözəyarı belə nəticə çıxartmaq olardı ki, bu şəkildə əzilmiş avtobusun içindən çətin kimsə sağ çıxardı. Ancaq əlbəttə hər şey Allahın əlində idi və əlindədir. Gözlərim onu axtarmağa başladı. Görünür, imkan tapıb bütün eks-sərnişinləri kənara çıxartmamışdılar. Onun vücudu yerdə uzanılı vəziyyətdə idi. Sanki, sadəcə yatmışdı. Donmuş baxışlarında qorxudan əsər-əlamət yox idi. Sifəti, elə bil yaxşı bir məkanı görən tək xəfifcə gülümsəyirdi.
Başındakı ağ hicabda bircə damcı da qan görsənmirdi. Uzunətəkli, qızılı zərli paltarında ara-sıra palçıq ləkələri gözə çarpırdı. Üstünü parça ilə örtdülər. Adətən belə hadisələrdə bir neçə dəqiqəyə çoxsaylı adam toplaşır. İndi də istisna olmadı. Maraqlarını təmin etmək üçün birdən-birə hardansa peyda olan yüzlərlə tamaşaçı cəsədlərin və 2-3 yaralının başına yığıldı. Azsaylı həkim personal ilkin işini qurtaran kimi cəsədləri və yaralıları xərək ilə tibb maşınlarına yerləşdirmək üçün ətrafdakı adamlardan kömək istədi. Fikrim onda olduğundan ətrafdakı çığırtıları, səs-küyü eşitmirdim. Mən heç bir xərək gözləmədən onu qucağıma götürdüm. Külək onun üstünü açmışdı. Yadıma düşdü ki, onun çantası var idi. Ətrafa boylandım, ancaq yaxınlıqda çantaya oxşar bir şey görmədim. Ola bilsin adəti üzrə qənimət kimi götürülmüşdü.
Paltarı yağışdan islanmışdı. Əllərim boş olmadığından yanağındakı yağış damcılarını silmək mənim üçün müşkül idi. Donmuş baxışları sanki, əziyyət verdiyinə görə mənə üzrxahlığını bildirmək istəyirdi. Deyirlər cəsədin çəkisi ağır olur, ancaq mən heç bir ağırlıq hiss eləmirdim. Əksinə o, çox yüngül idi. Ağlıma qəribə fikir gəldi: bəlkə onun ruhu ağır olub, indi isə bədənindən ayrıldığına görə belə yüngüldür. Ancaq mən bildiyimə görə ruhun çəkisi olmamalıdır. Öz naşı fikirlərimə görə xəcalət hissi keçirdim. Fikirləşdim ki,yadıma düşsə bu barədə kimdənsə bilən adamdan soruşacam.
Onu təcili yardım maşınına qoyub gödəkçəmin, şalvarımın palçıqlı kirini sildim və maşın onu özü ilə aparanadək, yağışın altında durub onun arxasınca baxdım. Siqaret çəkmək istədim, ancaq yadıma düşdü ki, artıq 10 ildir siqaret çəkmirəm və bu səbəbdən fikrimdən vaz keçdim. Bəlkə onu tanıdığım 7 il ərzində ona bircə kəlmə söz deməsəm də o mənə qarşı heç vaxt laqeyd olmayıb.
Fikrimdən belə bir pis fikri keçdi ki, bəlkə də mən həmin an oturacaqda otursaydım, avtobusa da heç nə olmasaydı, ola bilsin bizdə heç nə alınmayacaqdı. Alınsaydı da ola bilsin sonradan pərişan olub peşiman olacaqdım onunla münasibətdən… Allah bilən məsləhətdir…
Geri qayıdanda ayağım yolun ortasındakı nəsə bərk bir şeyə toxundu. Fikrimi cəmləyib baxıb gördüm ki, avtobusdan qopmuş boş oturacaqdı…
Bu hadisə həyatın faniliyinə bir sübut olduğu kimi, həm də həmin gün işə getməmək üçün mənə bir bəhanə oldu.
İmran Kərimli
2010-cu il

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:187
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 02 Dekabr 2024 21:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see695

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see422

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see227

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see209

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see201

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see198

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see196

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see191

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see175

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see174

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see159

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri