Icma.az
close
up
RU
Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək

Boş qalan mənzillərə görə də kommunal xərclər ödəniləcək

News24 portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Yaxın gələcəkdə vətəndaşlara aid olan, lakin istismar etmədiyi mənzillərə görə sayğacdankənar elektirik enerjisi haqları ödənişi tələb ediləcək. 

Bununla bağlı “Elektroenergetika haqqında” qanuna dəyişiklik təklif olunur. 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında “Elektroenergetika haqqında” qanun layihəsinin müzakirəsi zamanı Energetika nazirinin müavini Samir Vəliyev deyib ki, məsələn, deyək ki, vətəndaş elektrik enerjisinə ayda 5 manat pul ödəyir:

“Buraya elektrik enerjisinin istehsalına, onun paylanılmasına, ötürülməsinə və s. çəkilən xərclər daxildir. Yeniliyə əsasən, elektrik enerjisinə görə ödənilən vəsait iki hissədən ibarət olacaq.

Məsələn, hər hansı 10 binanın 8-də yaşayış var, amma ikisində yaşayış yoxdur. Amma transformator məntəqəsi qurulmalıdır. Onun xərci tarifin içərisində olmalıdır. Yenilik ondan ibarətdir ki, onun xərci ayrılsın. Hansı ki, iki mənzildə yaşamırlar, onlar da ayda həmin sabit tarifi ödəyəcəklər. Bu, binada yaşayanların yükünü azaldır. Bu qanun layihəsinin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub”.

Nəzərə alaq ki, bu təklif qaz, su və digər xidmətlər üçün keçərlidir.

Mövzu ilə bağlı Bizim.Media-ya danışan daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə yeni təklifi absurd adlandırıb:

“Almadığın xidmətə görə niyə pul ödəməlisən ki?! Bu mənada nazir müavinin təklifi ilə razı deyiləm. Bütün dünyada sınanmış praktika var. Vətəndaş sayğac üzərindən aldığı suya, qaza və elektrik enerjisinə görə pul ödəyir. Nəzərə alaq ki, vətəndaş xidmət təşkilatından texniki şərt alarkən bütün ilkin xərcləri qarşılayır. 

Sonrakı dövrdə isə vətəndaşlar yalnız istehlak etdiyi kommunal xidmətin həcminə görə vəsait ödəyir. İşlətmədiyi qaza, suya və işığa görə vətəndaş niyə vəsait ödəməlidir?! Bu vaxtadək ölkəmizdə bu praktikadan istifadə edilməyib. Hesab edirəm ki, bu düzgün olmayan bir təklifdir və yəqin ki, bu təşəbbüs parlamentdə öz təsdiqini tapmayacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://news24.az
archiveBu xəbər 14 İyun 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri