Icma.az
close
up
RU
Boşanan qadınlar dərhal bu addımı atmalıdır Sonra gec ola bilər

Boşanan qadınlar dərhal bu addımı atmalıdır Sonra gec ola bilər

Icma.az bildirir, Bizim media portalına istinadən.

Boşanmadan sonra cehiz əşyalarının qaytarılması ilə bağlı mübahisələrə tez-tez rast gəlinir. Bəzən müxtəlif səbəblərdən illərlə öz əşyalarını geri ala bilməyən şəxslər sonradan hüquqlarını necə bərpa edəcəklərini və hansı quruma müraciət etməli olduqlarını bilmirlər. Belə hallarda müraciət qaydası, sübutların əhəmiyyəti və vaxt amilinin hüquqi nəticələri maraq doğurur.
Boşanmadan sonra cehiz əşyaları keçmiş həyat yoldaşının evində qalıbsa və həmin əşyalar bir neçə il ərzində qaytarılmayıbsa, bu halda şəxs ilk olaraq polisə, yoxsa birbaşa məhkəməyə müraciət etməlidir?
Bizim.Media xəbər verir ki, “Globalinfo.az”a danışan hüquqşünas Əkrəm Həsənov deyib ki, burada məsələ birbaşa məhkəməlikdir:
“Əlbəttə, hamıya tövsiyə etmək olar ki, belə hallarda şəxsi əşyalarını vaxtında götürsünlər. Əgər qadını evə buraxmırlarsa, həmin vaxt polisə müraciət edə bilər. Deyə bilər ki, mən burada qeydiyyatdayam, burada yaşamışam və əşyalarımı götürməyə gəlmişəm. Bu halda evə daxil olmaq məsələsində polisin iştirakı mümkündür. Amma hadisənin üstündən xeyli müddət keçdikdən sonra əşyaların özünü polis vasitəsilə tələb etmək mümkün deyil. Yəni müəyyən halda evə daxil olmağa maneə yaradılırsa, bununla bağlı polisə müraciət etmək olar.
Lakin boşanmadan bir neçə ay, hətta bəzi hallarda bir neçə il keçdikdən sonra qadın evə daxil olub əşyalarının orada olmadığını görürsə, polis bu məsələdə ona kömək edə bilməz. Belə halda vətəndaş məhkəməyə müraciət etməlidir. Ancaq xeyli vaxt keçdikdən sonra məhkəmədə də məsələ mürəkkəbləşir. Məsələn, qadın deyir ki, mənim əşyalarım həmin evdə qalıb. Bunu necə sübut edəcək? Kişi də deyə bilər ki, boşananda əşyalarını özü ilə aparıb. Belə olan halda sübutetmə yükü qadının üzərinə düşür”.
Hüquqşünas bildirib ki, ilk növbədə söhbətin hansı əşyalardan getdiyi və həmin əşyaların ümumiyyətlə mövcud olduğu sübut edilməlidir:
“İndi bir çox hallarda əvvəllər çəkilmiş video və fotoşəkillər bu məsələdə sübut kimi istifadə oluna bilər. Qadın konkret olaraq hansı əşyalardan söhbət getdiyini əsaslandırmalıdır. Çünki kimsə sadəcə iddia edə bilər ki, keçmiş ərinin evində çox bahalı xarici mebeli və ya qızılları qalıb.
Yeri gəlmişkən, qızıl məsələsi müəyyən hallarda daha ciddi əsaslandırma tələb edir. Çünki qızıl stol və ya şkaf kimi daşınması çətin olan əşya deyil. Əgər qadın münaqişə, zorakılıq və ya başqa ciddi səbəblər üzündən əşyalarını götürə bilməyibsə, həmin vaxt polisə müraciət etməsi vacibdir. Adi halda isə sonradan gəlib “orada qızıllarım və digər xırda əşyalarım qalmışdı” demək kifayət etmir.
Bu iddia ciddi şəkildə əsaslandırılmalıdır. Mebel məsələsində də vəziyyət oxşardır. Üstündən xeyli vaxt keçibsə, qadın sübut etməlidir ki, həmin əşyalar həqiqətən orada olub və o, onları götürməyib. Bu isə heç də asan məsələ deyil”.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:131
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 İyul 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri