Icma.az
close
up
RU
Boşanma səbəbi Qeytsin Epşteynlə əlaqəsi olub

Boşanma səbəbi Qeytsin Epşteynlə əlaqəsi olub

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Milyarder və xeyriyyəçi Melinda Frenç Qeyts müsahibəsində keçmiş həyat yoldaşı, amerikalı milyarder və "Microsoft"un keçmiş ən böyük səhmdarı Bill Qeytsin qalmaqallı maliyyəçi-pedofil Cefri Epşteynlə əlaqələri barədə danışıb.

Axşam.az xəbər verir ki, Melinda Bill Geytsin adının yenidən "Epşteyn sənədləri"ndə hallanmasından qısa müddət sonra NPR podkastında qonaq olub.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlərdə Epşteynin iddiaları yer alır. Həmin iddialara görə, Bill Geyts ondan evli qadınlarla görüşlər təşkil etməsini xahiş edib. Bundan əlavə, Epşteyn yazır ki, Qeyts rus qızları ilə cinsi əlaqə nəticəsində zöhrəvi xəstəliyə yoluxub və bu xəstəliyi həyat yoldaşına da yoluxdurub.

Müsahibə zamanı Melinda Qeytsin Epşteynlə əlaqəsinin onların boşanmasının səbəblərindən biri olduğunu etiraf edib:

"Bu cür detallar üzə çıxanda mənim üçün çox ağır olur. Çünki bu, məni evliliyimdə yaşadığım son dərəcə ağrılı xatirələrə qaytarır".

Melinda bildirib ki, Epşteynlə əlaqələr və yeni sənədlərdə yer alan məlumatlarla bağlı suallara özünün yox, orada adı çəkilən şəxslərin, o cümlədən keçmiş həyat yoldaşı cavab verməlidir:

"Bu suallara həmin insanlar cavab verməlidir, hətta mənim keçmiş ərim də, amma mən yox".

O, həmçinin zərərçəkmiş qızlarla bağlı vəziyyəti "ürəkparçalayan" adlandırıb və onlar üçün ədalətin təmin ediləcəyinə ümid bəslədiyini söyləyib.

Xatırladaq ki, Bill Qeytsin nümayəndələri ona qarşı irəli sürülən ittihamları "absurd və yalan" adlandıraraq, Epşteynin milyarderi şantaj etməyə çalışdığını bildiriblər. Qeyts isə Epşteynlə görüşlərinin yalnız xeyriyyəçilik xarakteri daşıdığını, qlobal səhiyyə üçün ianələrin müzakirə edildiyini və heç vaxt onun cinayət əməllərində iştirak etmədiyini vurğulayıb.

Müsahibələrinin birində Qeyts Epşteynlə ünsiyyətinin "böyük səhv" olduğunu və buna görə dərin peşmanlıq hissi keçirdiyini etiraf edib. O, bu əlaqələrin sözügedən cinayətlərə də şərik olduğu mənasını vermədiyini əlavə edib.

Qeyd edək ki, istintaqın fikrincə, dünya elitasının ən yüksək dairələrinə daxil olan Cefri Epşteyn onilliklər ərzində geniş miqyaslı insan alveri şəbəkəsi qurub. O, guya azyaşlı qızları fahişəliyə cəlb edib, onlara zorakılıq göstərib, nüfuzlu tanışlarına şantaj və ya əlaqələri möhkəmləndirmək məqsədilə təqdim edib.

2019-cu ildə milyarder məhkəməni gözləyərkən həbsxana kamerasında ölü tapılıb. Rəsmi məlumata görə, Epşteyn intihar edib. Lakin bir çoxları hesab edir ki, onu öldürüblər. Buna səbəb isə onun gizli adasında baş verənlər və onların detallarını açıqlamaması olub.

Onun uzun illər köməkçisi və keçmiş sevgilisi Qisleyn Maksuell isə cinayətlərdə iştirakda təqsirli bilinərək 2022-ci ildə 20 il həbs cəzası alıb.

Hazırda "Epşteyn siyahıları" kimi tanınan məhkəmə sənədlərinin məxfiliyi mərhələli şəkildə ləğv edilir. Bu sənədlərdə Epşteynin şəxsi adasını ziyarət etmiş nüfuzlu siyasətçilərin, biznesmenlərin və məşhurların adları yer alır. Onların arasında ABŞ prezidenti Donald Tramp, Böyük Britaniya kraliçasının oğlu Şahzadə Endryu, dünyanın ən varlı adamı İlon Mask, mərhum müğənni Maykl Cekson da var.

Onu da qeyd edək ki, Bill və Melinda Qeyts 2021-ci ildə 27 illik evlilikdən sonra boşanıb. Bu, ən bahalı boşanma hesab olunub. Jurnalistlər müəyyən ediblər ki, Melinda boşanma üzrə vəkillərlə hələ 2019-cu ilin oktyabrında, yəni mətbuatda Qeytsin Epşteynlə çoxsaylı görüşləri barədə araşdırmalar yayımlanan vaxt görüşməyə başlayıb. Boşanmadan sonra verdiyi ilk böyük müsahibədə Melinda açıq şəkildə bildirib ki, Bil Qeytsin Epşteynlə əlaqəsi ona xoş gəlmirdi.

Ayrılıq zamanı cütlüyün ümumi sərvəti 130-145 milyard dollar civarında qiymətləndirilirdi. Nikah müqaviləsi olmadığı üçün əmlak bölgüsü xüsusi razılaşma əsasında aparılıb. Müxtəlif mənbələrə görə, Melindanın şəxsi sərvəti nəticədə 11-13 milyard dollar təşkil edib və bu da onu dünyanın ən varlı və nüfuzlu qadınlarından birinə çevirib. Cütlüyün 3 övladı var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://axsam.az
archiveBu xəbər 05 Fevral 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri