Boşanmalarla bağlı ciddi işlər görülməlidir Fazil Mustafa
Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin son iclasında deputat Aydın Mirzəzadə boşanmaların artmasından danışıb.
“Boşanmaya səbəb olan amillərin dərindən öyrənilməsi istiqamətində vaxtı və imkanı olan deputatlar tərəfindən işçi qrupları yaradılsın, müzakirələr və araşdırmalar keçirilsin”, - deyə o qeyd edib.
Bəs boşanmalarla bağlı parlamentdə işçi qrupu yaradıla bilərmi?
Milli Məclisin deputatı Fazil Mustafa Redaktor.az-a açıqlamasında bildirdi ki, bu problem dəfələrlə parlamentdə də qaldırılıb və müzakirə olunub:
"Məncə, bu, aktual bir məsələdir. Belə müzakirələrin keçirilməsi faydalı ola bilər. Bilmirəm, təklif olunan işçi qrupun yaradılması bu işə nə dərəcədə daha çox kömək edə bilər. Məncə, ictimai dinləmələr formasında məsələlər bir az daha geniş şəkildə ələ alına bilər. Ola bilsin ki, orada ümumi nəticə kimi işçi qrupun yaradılması qərara alınsa, bunu daha çox Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin etməsi uyğun olar. O da Milli Məclisə hansısa formada məlumat verər. Onsuz da bu komitə gender bərabərliyi, məişət zorakılığı və digər məsələlərlə bağlı mütəmadi məlumat verir. Bu baxımdan da, məncə, bu məsələlər ətrafında müzakirələr aparmaq mümkündür. Faydalı təklifdir. Cəmiyyətin diqqətini cəlb etmək üçün də bu istiqamətdə ciddi işlər görülməlidir".
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 01 İyun 2026 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















