Icma.az
close
up
RU
Boşanmaq istəyən qadınlar özlərini necə qoruya bilər? PSİXOLOQ AÇIQLADI

Boşanmaq istəyən qadınlar özlərini necə qoruya bilər? PSİXOLOQ AÇIQLADI

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Boşanmaq istədiyi üçün həyat yoldaşı tərəfindən öldürülən qadınlarla bağlı xəbərlər qadınların zorakılıq münasibətlərindən təhlükəsiz şəkildə çıxması məsələsini yenidən gündəmə gətirir. Təhdid və şiddət görən qadın üçün münasibətdən ayrılmaq qərarı bəzən ciddi təhlükə yarada bilər.

Bəs qadın şiddət görmədən və öldürülmədən psixoloji və fiziki zorakılıq göstərən ərindən necə canını qurtara bilər, hansı addımları əvvəlcədən atmalıdır?

Məsələ ilə bağlı psixoloq Samirə Bağırova SİA-ya açıqlamasında bildirdi ki, bəzi müsəlman cəmiyyətlərində gender bərabərliyinin yalnız kağız üzərində qalması, kişi üstünlüyünün sosial norma kimi qəbul edilməsi və zorakılığın müəyyən hallarda normallaşdırılması qadınlara qarşı zorakılığı gücləndirən sosial amillərdən biri kimi qiymətləndirilir:

“Qadının boşanması, yaxud boşanmaq istəməsi qətl səbəbi deyil. Kişilərdə artıq əvvəldən mövcud olan təhlükəli davranış boşanma mövzusunda daha da kəskinləşməyə başlayır. Burada "hamısının psixoloji xəstəliyi var" demək yanlışdır. Bəzilərində sahiblik hissi - yəni " sən mənimsən " deyib, qadını özünün şəxsi mülkü kimi qəbul etmək var. Qadın münasibəti bitirmək istədikdə sanki,onun hakimiyyətinə qarşı çıxmış kimi qəbuı edir. Bəzi kişilərdə rədd edilməyə dözümsüzlük var. Özünü "heç kim" hiss edərək, alçaldılmış və rədd edilmiş kimi hiss edir. Digərlərində patoloji qısqanclıq və paranoid düşüncələr ola bilir. Məsələn; "mütləq başqa kişi var", "məni aldadır", "məndən sonra başqası ilə olacaq" kimi düşüncələr fakt olmadan, amma bu düşüncələri həqiqət kimi yaşayırlar.

Eləcə də, əgər münasibətdə nəzarət və zorakılıq varsa, təhlükə artıq çox əvvəldən mövcuddur. Bu kimi ciddi bir məsələnin qarşısını almaq üçün, zorakılığa göz yuman sosial münasibətlərlə yanaşı, zorakılıq törədən şəxslərə tətbiq olunan hüquqi məsuliyyət də ciddi olmalıdır. Xüsusilə ağır və təkrarlanan zorakılıq hallarında uzunmüddətli həbs cəzası nəzərdə tutulmalıdır. Qadına və uşağa qarşı zorakılıq "ailə məsələsi" kimi deyil, inkişaf etmiş cəmiyyətlərdəki kimi cinayət kimi yanaşılsa, cəmiyyət qətldən əvvəlki davranışları görməyi maariflənərək öyrənsə, "barışdırmaq" avtomatik həll kimi təqdim edilməsə, psixoloji yardım yalnız qadına deyil, kişiyədə də zamanında yönəlsə, "boşanmaq istəyirəm" cümləsi kişilərə risk siqnalı kimi qəbul edilməməsi öyrədilsə bəlkə o zaman inkişaf etmiş cəmiyyətlər sırasına daxil olarıq.

İnkişaf yalnız texnologiya və iqtisadiyyatla deyil, insana, xüsusilə qadına,uşağa və hətta heyvana verilən qanuni dəyərlə ölçülür. Bu cür halların davamlı təkrarlanması cəmiyyətin psixoloji və sosial şüurunun inkişaf etdirilməsinə ehtiyac olduğunu göstərən mühüm siqnaldır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Oktyabr 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri