Icma.az
close
up
RU
Boşanmış müğənniyə hədiyyə edilən Porsche və çeynənmiş ailə dəyərləri...

Boşanmış müğənniyə hədiyyə edilən Porsche və çeynənmiş ailə dəyərləri...

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

Sosial şəbəkələrdə yayılan video ictimai müzakirələrə səbəb olub. Platformada yeni tanınan qadın müğənnilərdən biri şəxsi həyatı ilə bağlı danışarkən bildirib ki, həyat yoldaşından ayrıldıqdan sonra həyatına daxil olan ilk şəxs ona “Porsche” markalı avtomobil hədiyyə edib. Videoda aparıcı və qonaq maddi imkanı zəif olan kişilərlə bağlı tənqidi fikirlər səsləndirir, eyni zamanda qadınlara münasibətdə mübahisəli yanaşmalar nümayiş etdirirlər. Sözügedən paylaşım sosial şəbəkə istifadəçiləri arasında müxtəlif reaksiyalar doğurub.
Sosioloq Sevinc Qasımova məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, bu videoda səslənən fikirlər cəmiyyətimizdə mövcud olan bir neçə problemli tendensiyanı açıq şəkildə üzə çıxarır:
“Bir tərəfdən, maddi imkanın münasibətlərin əsas ölçüsünə çevrilməsi ailə və şəxsi münasibətləri bazar məntiqi ilə dəyərləndirən yanaşmanı gücləndirir. Hədiyyə olunan avtomobil üzərindən dəyər qurmaq insan münasibətlərini emosional, mənəvi və qarşılıqlı hörmət kimi əsaslardan uzaqlaşdıraraq, istehlak obyektinə çevirir. Bu, xüsusilə gənclər arasında yanlış sosial gözləntilər yaradır və uğuru, xoşbəxtliyi yalnız maddi göstəricilərlə ölçən səthi düşüncə tərzini normallaşdırır. Digər tərəfdən, maddi imkanı zəif olan kişilərin açıq şəkildə aşağılanması sosial təbəqələşməni dərinləşdirən, insanları gəlirinə görə dəyərsizləşdirən təhlükəli diskursdur. Bu cür yanaşma sosial bərabərsizliyin struktur səbəblərini görməzlikdən gəlir və fərdləri onların nəzarətindən kənar iqtisadi şərtlərə görə günahlandırır. Bu zaman həm kişilər üzərində psixoloji təzyiq artır, həm də cəmiyyətdə empatiya və sosial həmrəylik zəifləyir”.
O bildirib ki, videoda qadınlara münasibətdə sərgilənən mübahisəli yanaşmalar da problemin digər tərəfidir:
“Qadının dəyərinin kimdən nə aldığı, hansı maddi imkana sahib olduğu üzərindən müəyyənləşdirilməsi patriarxal düşüncəni yeni, daha parlaq formada təkrarlayır. Bu isə qadının fərdi uğurunu, əmək və şəxsiyyətini kölgədə qoyur. Bu tip paylaşımlar nə maarifləndirici, nə də sağlam ictimai müzakirəyə töhfə verən məzmun sayılır. Əksinə, həm maddi imkan üzərindən insan dəyəri biçən yanaşmanı, həm də gender stereotiplərini gücləndirərək cəmiyyətdə qütbləşməni daha da dərinləşdirir”.
Həmçinin oxu:
Kimin evində varsa, bəxti gətirdi — 3000 manata alırlar
Robot tozsoranla oynayarkən bilmədən 24 ölkədəki minlərlə ailənin canlı görüntülərini gördü
Əvvəllər əsgərlərə cəsarət versin deyə yedirirdilər — Yenidən satışdadır
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Fevral 2026 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri