Bosniya və Herseqovina Trampın Qəzza ilə bağlı səylərini dəstəkləyir
Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Dünyanın aparıcı ölkələri hazırda Ukraynada və Qəzza sektorunda vəziyyətin normallaşdırılması yollarını axtarır. Bu, təkcə arzu ilə məhdudlaşmır, ölkəmiz eyni zamanda, həmin məqsədə çatmaq üçün səylər göstərir".
Bunu APA-ya açıqlamasında Bosniya və Herseqovinanın Prezidentliyinin serb üzvü Zeljka Cvijanoviç deyib.
O bildirib ki, Bosniya və Herseqovina ABŞ Prezidenti Donald Trampın və yeni Administrasiyanın Qəzza sektorunda problemlərin aradan qaldırılması yolundakı səylərini dəstəkləyir:
"Nə qədər çox müzakirə aparılsa, həll yoluna bir o qədər tez yaxınlaşmaq olar. Yaxın Şərq çox mürəkkəb bir regiondur. Lakin burada da dialoqsuz irəliləyişə nail olmaq mümkün deyil. Ona görə də biz münaqişə tərəflərinin bir araya gəlməsinə yönələn bütün səyləri və təşəbbüsləri dəstəkləyirik".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 14 Mart 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















