Bostan tərəvəz məhsulları ucuzlaşır...
Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.
Bu il ötən illərə nisbətən dünyanın hər yerində olduğu kimi, ölkəmizdə də hava şəraiti qeyri- sabit keçib. Şübhəsiz ki, belə hava şəraiti məhsuldarlığa da öz mənfi təsirini göstərib.
Elə əksər meyvələrin və giləmeyvələrin də bahalaşmasına qeyri- sabit hava şəraiti səbəb olub.Heç kimə sirr deyil ki, bu mövsüm gilas, ərik, albalı və digər meyvələr daha baha qiymətə satılıb. Üstəlik də əhalinin böyük bir təbəqəsi çox baha olduğuna görə, adını çəkdiyimiz meyvələrdən doyunca yeyə bilməyib.
Amma son vaxtlar bir çox meyvələrin qiymətində ucuzlaşma hiss olunur . Xüsusilə də bostan-tərəvəz məhsullarında . İndi qarpız, yemiş və eləcə də şaftalı, gavalı, alma, armud bir o qədər də baha qiymətə satılmır! Bununla yanaşı, hələ avqust ayında adını çəkdiyimiz məhsulların daha da ucuzlaşması gözlənilir! Deməli, həmin meyvə və giləmeyvələrdən doyunca yeyə biləcəyik!!!
Emil FAİQOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 23 İyul 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















