Icma.az
close
up
RU
Kürdəmirdə “Bostan fesivalı”

Kürdəmirdə “Bostan fesivalı”

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dünən Kürdəmir Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Bostan Fesivalı” keçirilib.

Şəhərin Heydər Əliyev prospektində icra hakimiyyətinin inzibati binasının qarşısında təşkil olunan festivalda rayonda əsasən bostançılıq fəaliyyəti ilə məşğul olan fermerlər, digər məhsul istehsalçıları iştirak edib, stendlərdə maraqlı sərgilər, müsabiqələr, yerli mətbəx təqdim olunub. Pəhlivan və kəndirbazın çıxışı maraqla izlənilib. Konsert proqramında rayonun incəsənən ustaları və müğənni, xanəndə Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solisti Mirələm Mirələmov da iştirak edib.

Festivalda Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Jalə Əliyeva, Əminə Ağazadə, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədr müavini Fuad Məmmədov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Elmar Allahverdiyev çıxış edərək qeyd ediblər ki, rayonda təşkil olunmuş möhtəşəm “Bostan Festivalı”nın rayonda aqro-turizm potensialının artırılmasına, yerli kənd təsərüffatı imkanlarının tanıdılmasına, fermerlər və sahibkarlar arasında işgüzar əlaqələrin genişləndirməsinə, eləcə də rayonun sosial-iqtisadi və mədəni inkişafına müsbət təsir göstərəcək, bostan bitkilərinin brendləşməsinə, rayonun turizm və mədəni potensialını önə çıxaracaqdır.

Festival “Aqrar sahədə dövlətin maliyyə mexanizmləri” panel müzakirə ilə davam edib. Panel müzakirədə çıxış edənlər Kürdəmir rayonunda ilk dəfə təşkil olunan bu festivalın bostançılıq fəaliyyəti ilə məşğul olan fermerlərin innovativ həllərə əsaslanan texnoloji yeniliklərə əlçatanlığının təmin olunması və təşviqi, bostançılıq sahəsində fəaliyyət göstərən şirkətlər arasında təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar görüşlərin keçirilməsi, dövlət və özəl qurumlar, elmi-tədqiqat müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinə səbəb olacağını vurğulayıblar.

İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 İyul 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see613

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see324

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see315

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see315

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see307

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see286

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see284

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see280

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see271

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see268

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see250

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see250

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see248

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see243

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see240

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see231

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see230

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see211

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see210

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri