Icma.az
close
up
RU
Böyrək daşı xəstəliyinin qarşısını necə almaq olar? Uroloqun tövsiyələri

Böyrək daşı xəstəliyinin qarşısını necə almaq olar? Uroloqun tövsiyələri

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada hər 10 nəfərdən biri böyrək daşı, ya da böyrək qumu problemi ilə üzləşir.

Bu xəstəlik maddələr mübadiləsinin müxtəlif endogen və ya ekzogen səbəblərdən pozulması nəticəsində yaranır.

Modern.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının urologiya şöbəsinin müdiri, uzman-uroloq Fikrət Əhmədovun sözlərinə görə, bu xəstəlik bəzi hallarda irsi xarakter daşıyır, həmin zaman sidik yolları sistemində daşların yaranması ilə səciyyələnir. Bu zaman böyrəklərdə və ya sidik xaric edən digər orqanlarda daşlar əmələ gəlir. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər.

Uzman-uroloq Fikrət Əhmmədovun bildirdiyinə görə, böyrəklər və sidikçıxarıcı yolların problemləri uroloji xəstəliklər silsiləsinə daxildir. Amma böyrək və sidik yollarının daş xəstəliyi günümüzdə daha aktualdı: “Bu xəstəliklə əlaqədar hər yaş qrupundan insanlar şöbəmizə müraciət edir. Bu, həm də genetik xarakter daşıyır. Ata və ya anada böyrək daşları olarsa, uşaqda da buna meyillilik olur. Xəstəliyin digər yaranma səbəbləri isə mədə-bağırsaq xəstəlikləri, mədə-bağırsaqda aparılan əməliyyatlar, piylənmə, fiziki aktivliyin az olmasıdır. Bütün bunlar böyrək daşının əmələ gəlməsində risk faktoru kimi rol oynayır”.

Həkimin sözlərinə görə, xəstəliyin yaranma səbəblərindən biri də bəzi vitaminlərin normadan artıq qəbuludur. Xəstəliyin qarşısını nisbətən almaq üçün gündəlik 2 litr, 2 litr yarım su içmək lazımdır. Su böyrək daşı riskinin qarşısını alır. Gündəlik su içən insanlar 60 faiz özlərini böyrək daşı xəstəliyindən qorumuş olurlar: “Əgər yaşa görə bölsək, əsasən orta yaşlarda daha çox rast gəlinir böyrək daşlarına. Ancaq bəzi hallarda 1-2 yaşlı uşaqlarda da maddələr mübadiləsi və hormonal pozuntuların nəticəsində böyrək daşı yaranır”.

Xəstəliyin əlamətlərinə gəlincə, əksər hallarda onlar ağrı tutmaları, sidik ifrazı zamanı olan pozğunluqlar və digər əlamətlərlə müşayiət olunurlar. F.Əhmədovun dediyimə görə, əgər böyrək daşı sidikçıxarmaya mane olursa, o zaman şiddətli ağrılarla özünü biruzə verir: “Elə hallar da olur ki, daş sidikçıxarmaya problem törətmir və xəstə bu haqda xəbərdar olmur. İllərlə bu daşlar böyüyüb, sidik kanalının yolunu tutduqda, ağrılar yarandıqda, xəstə həkimə müraciət edir və daş aşkarlanır”.

Böyrək daşı xəstəliyini mütləq müalicə etmək lazımdır. Müalicə edilmədiyi halda onun fonunda pielonefrit xəstəliyi də inkişaf edə bilər. F. Əhmədovun sözlərinə görə, təbabətdə böyrək daşını əridən preparatlar yoxdur. Ancaq daşın əmələ gəlməsinin qarşısını alan profilaktik dərmanlar var ki, bunlar da əksər hallarda işə yarayır:

“Biz kiçik ölçülü daşları nəzarət altında saxlayırıq, bəzi profilaktik dərmanlarla böyüməsinin qarşısını ala bilirik. 5 mm-dən 1 sm-ə qədər olan daşları cərrahi müdaxilə və ya hər hansı bir preparatla müalicə etməyə ehtiyac görmürük. Daşın ölçüsü 1 sm-dən böyükdürsə, sidik yollarını tutursa, xəstənin böyrəyinə ciddi zərər verirsə, bu daşları cərrahi əməliyyat vasitəsilə xaric edirik. Təbabətin yeniliklərinə əsasən, 95 faiz hallarda endoskopik müdaxiləyə üstünlük veririk. Hər hansı bir kəsik aparmadan, cərrahi müdaxilə edirik. 3 sm-ə qədər olan böyrək daşlarını kəsik aparmadan, endoskopik olaraq, lazerlə parçalayırıq. Xəstəyə stend qoyulur. Xəstə sidiyə getdikcə, tədricən kiçik qırıntılar şəklində daşları xaric edir, bir gecə xəstəxanada yatır. 3 sm-dən böyük olan böyrək daşlarını isə perkutan nefrolitotomiya əməliyyatı yolu ilə icra edirik. Bu zaman böyrək nahiyəsində 1 sm-lik deşik açılır və daşlar qırılıb, çıxarılır”.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 18 Noyabr 2024 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri