Icma.az
close
up
RU
Böyrəküstü vəzilərin çoxsaylı funksiyaları

Böyrəküstü vəzilərin çoxsaylı funksiyaları

Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsan orqanizmi çox mürəkkəb strukturdur. Məhz bu səbəbdən insan orqanizmi bu vaxta kimi bir çox sirrlər gizlədir. Böyrəküstü vəzi belə sirli orqanlardan biridir.

Bu orqan tibbdə hələ ki tam öyrənilməyib.

Böyrəküstü vəzi kiçik cüt orqandır. Bu orqan endokrin sisteminə aiddir. Böyrəküstü vəzilər həqiqətən böyrəklərin üstündə yerləşir, lakin onlar böyrəklərlə bağlı deyil. Böyrəküstü vəziləri bioloji aktiv maddələri - hormonları - sintez edir və qana buraxır. Bu hormonlar orqanizmin bir çox funksiyalarında iştirak edir.

- Böyrəküstü vəziləri tərəfindən ifraz olunan hormonlar orqanizmdə su-duz balansının tənzimlənməsində iştirak edir. Normal su-duz balansı insanın sağlamlığı və orqanizmin normal fəaliyyəti üçün olduqca vacibdir. Bu balans pozulduqda insanda arterial təzyiqinin artması, ödemlər, ürəkdə pozulmalar müşahidə olunur.

- Böyrəküstü vəziləri hormonlarının köməyi ilə biz müxtəlif streslərə (fiziki - isti, soyuq və s., psixiki və s.) tab gətirə bilirik.

- Böyrəküstü vəziləri tərəfindən sintez olunan kortikosteron və kortizol hormonları orqanizmdə gedən bütün mübadilə proseslərdə iştirak edir. Məhz bu səbəbdən bəzən insanlarda bədən çəkisinin "səbəbsiz olaraq" artması böyrəküstü vəzilərin fəaliyyətinin pozulmasından xəbər verə bilər.

- Böyrəküstü vəziləri hormonları ürək-damar, sinir sistemi və böyrəklərin fəaliyyətində iştirak edir.

- Bu hormonlar immun sisteminin fəaliyyətinə də böyük təsir edir. Az miqdarlarda ifraz olunduqda bu hormonlar immun cavabını gücləndirir.

Lakin çoxlu miqdarda ifraz olunduqda bu hormonlar əksinə immun sisteminin fəaliyyətini tormozlayır. Belə ki, əgər immun sistemi orqanizmə düşən hər hansı adi maddəyə (dərman, qida və s.) lazım olandan daha artıq reaksiya verirsə (buna allergiya deyilir), böyrəküstü vəzi hormonları bu reaksiyanı neytrallaşdırır. Bu səbəbdən böyrəküstü vəzilərin hormonlarının sintetik analoqları allergik xəstəliklərinin müalicəsində geniş istifadə olunur.

Böyrəküstü vəzilərin hormonları orqanizmə şokəleyhinə təsir edir. Bu səbəbdən prednizolon, deksametazon və s. kimi böyrəküstü vəzilərin hormonlarının sintetik analoqları müxtəlif şokun (travmadan, yanıqdan, zəhərlənmədən və s. sonra) aradan qaldırılması və profilaktikası üçün geniş istifadə olunur.

- Böyrəküstü vəziləri həmçinin androgen hormonları sintez edir. Androgen hormonları kişi hormonlarıdır. Bu hormonlar kişi orqanizmində daha çox miqdarda sintez olunur. Lakin bu hormonlar az miqdarlarda olsa da qadın orqanizmində də var. Əgər qadın orqanizmində bu hormonun miqdarı çox olarsa, qadında həddən artıq tüklənmə, bədən quruluşunun dəyişilməsi (kişi bədən quruluşuna oxşamağa başlayır), menstrual funksiyasının pozulması, sonsuzluq kimi pozulmalar inkişaf edir.

- Böyrəküstü vəzilərin hormonları orqanizmdə iltihabları azaldır, toxumaların zədələnməsinin qarşısını alır. Bu səbəbdən bu hormonların sintetik analoqları müxtəlif iltihabların, infeksion və digər xəstəliklərin (revmatizm, artrit, astma, infeksion mononukleoz, neyrodermit, ekzema və digər dəri xəstəlikləri) müalicəsində istifadə olunur.

- Böyrəküstü vəziləri tərəfindən sintez olunan adrenalin və noradreanlin hormonları bizə təhlükə, stress vəziyyətlərdən çıxmağa kömək edir. Məhz bu hormonların təsirindən stress zamanı insanın nəbzi və nəfəsalaması sürətlənir, dəri örtükləri solur (qan dəridən vacib orqanlara axır), göz bəbəkləri genişlənir, sinin sisteminin fəaliyyəti güclənir və s. Beləliklə, insan dalaşmağa və ya əksinə qaçmağa hazır olur. Stress keçəndən sonra bütün göstəricilər normaya düşür.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri