Icma.az
close
up
RU
Böyük Azərbaycanın qürur ünvanı Nadir Şah Əfşar

Böyük Azərbaycanın qürur ünvanı Nadir Şah Əfşar

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

I Yazı

Nadir Şah Əfşar Əfşar İmperiyasının (1736-1796) yaradıcısı və Əfşar İmperiyasının Şahı (1736-1747) olmuşdu. Tarixdə, həmçinin Nadirqulu Bəy və Təhmasibqulu xan adı ilə tanınır. Hərbi nailiyyətlərinə görə bəzi tarixçilər ona “Şərqin qılıncı”, “Şərqin Napoleonu” və İkinci Makedoniyalı İsgəndər” kimi ləqəblər veriblər. Napoleon Bonapart özü isə Nadir Şaha heyran qalırdı, o, Fətəli Şah Qacara (1797-1834) yazdığı məktubda Nadiri tərifləyir və özünü “İkinci Nadir” hesab edirdi.

İlk olaraq deyək ki, Nadir Şah bir ömürlük imperiyanı idarə edib. Fəzlullah Rəşidəddin və Əbülqazi Bahadur Xan Xivəliyə görə Əfşar adının mənası “işlərini cəld görən və ova həvəsldir”.”Divani-Lüğət-it-Türk” əsərində 24 Oğuz Boyundan birini Əfşarlar qeyd etmişdir.Bu boy Boz oxlardan, Oğuz Xaqanın oğlu Ulduz Xanın dörd oğlundan ən böyüyü olan Əfşarın soyundan gəlir.

Əfşar Boyu Azərbaycanda və Qızılbaş dövlətinin ərazisinin əksər hissəsində yayılmışdı. I Şah Abbas (1587-1629) onların böyük bir dəstəsini Xorasandan yuxarı Özbəkistanla sərhəd olan Əbyurd və Dərəgözə göndərdi ki,Qızılbaş Dövlətinə tez-tez basqın edən, özbəklərin qarşısını alsınlar. Nadirin əcdadları da bu sərhəddə yerləşdirilən dəstənin içində idi.

1688-ci il 22 oktyabrda Əfşar tayfasının Qırıqlı qolunda Xorasan mahalında, Dərəgözdə İmamqulunun ailəsində bir uşaq dünyaya gəldi. Bu uşağa babası Nadirqulunun adını qoydular.Nadirin ailəsi çox kasıb, atası kürk tikən idi.

Özbəklərin bir basqını zamanı 17 yaşlı Nadir anası və qardaşı İbrahimlə bərabər əsir düşdü. Dörd il əsirlikdə qaldı. Anası oradaca vəfat etdi.1722-ci ildə Nadir qardaşı İbrahimlə əsirlikdən qaçıb Kalata gəldi və hər ikisi Əbyurd hakimi Baba Əlibəy Kosaəhmədlinin yanında xidmətə daxil oldular. Baba Əlibəy buradan tez-tez Xorasana basqın edən özbək və türkmənlərlə savaşmalı olurdu. Nadir onun dəstəsinə qoşuldu. Döyüşlərdə böyük şücaət və igidlik göstərən Nadirin bu istedadını görən Baba Əlibəy yeganə qızını Nadirə verdi. O,başına kiçik bir dəstə toplayaraq Xorasan əyalətlərindən bir neçəsini tutduqdan sonra özünü “Nadirqulu Bəy” adlandırmağa başlayır. Nadir Xanın hünərli Xorasan yürüşlərinin qarşısı qüdrətli feodal Məlik Mahmud tərəfindən dayandırılır.

Qızılbaş Dövləti Şahı Sultan Hüseynin (1694-1722) başı 400 arvadına qarşışmışdı. Ölkədə özbaşınalıq həddini aşmışdı.Buna görə də çox zaman ayrı-ayrı vilayət valiləri şahlıq iddiasına düşüb qiyam edirdilər. Ölkəni üsyanlar bürümüşdü. Özbəklər, türkmənlər, sistanlılar, kürdlər hərəsi bir yerdən baş qaldırıb həm dövlətə qarşı çıxır, həm də bir-biri ilə savaşırdılar. Məsələn, Nadir Xorasan valisi sistanlı Məlik Mahmud ilə səkkiz müharibə aparmışdı.

Bu şücaətli sərdar Nadir Xan Qızılbaş Dövlətində hakimiyyətə can atan əfqanlarla iyirmidən artıq müharibə apardı.Qətl-qarətlə məşğul olan əfqanlar Mahmud Əfqanın başçılığı ilə 8 mart 1722-ci ildə Qızılbaşların paytaxtı İsfahanı mühasirəyə aldılar.Bu mühasirə altı ay çəkdi.İsfahanda aclıq elə bir səviyyəyə gəldi ki, insanlar atları və ulaqları da yedilər. Mühasirə zamanı şəhər əhalisi küçə itlərini belə kəsib yemişdi.Sultan Hüseyn Səfəvi 1722-cı il oktyabr ayının 23-də Mahmud Əfqana təslim oldu.Mahmud İsfahanı tutdu. Qızılbaş Dövlətinin 226 illik xəzinə və sərvətini qarət etdi.

Şah Sultan Hüseynin 400 arvaddan 14 oğlu,14 qızı var idi. Mir Mahmud Əfqan Hotak bunlardan əlavə Səfəvi şahzadələrindən 30 nəfərininin, İsfahanın görkəmli şəxsləri və saray adamlarından 300 nəfərini edam etdirdi. Əfqanların talan və qətl-qarətləriylə ölkədə tam özbaşınalıq yarandı. Şah Sultan Hüseynin oğlu Qızılbaş Dövlətinin sonrakı hökmdarı II Şah Təhmasibi (1722-1732) İsfahan mühasirədə olarkən iki min nəfər seçmə qızılbaş əsgəri ilə gizli İsfahandan qaçırdılar ki, çıxsın, qoşun toplayıb ata-anasını və İsfahanı azad etsin. O da Tehrana gəlib əyyaşlıqla məşğul oldu.

Xorasanı ayırıb özü üçün müstəqil dövlət yaratmağa çalışan Mahmud Sistanlı və o biri tərəfdən özbəklərlə savaşan Nadir Xan İsfahandakı hadisələrdən xəbər tutan kimi bütün qüvvələrini toplayıb Mahmud Sistanlını aradan götürdü.Bu hərbi zəfərindən əvvəl Nadir Xan kömək üçün Tehranda yerləşən II Şah Təhmasibə müraciət edir.1726-cı ildə II Şah Təhmasib və ordusunun baş sərkərdəsi Fətəli Xan Qacar öz hərbi qüvvələrini Nadir Xanın qüvvələri ilə birləşdirir.

II Təhmasib Nadir Xanı Xorasanda öz valisi təyin edir.Bundan sonra, Nadir özünə “Təhmasibqulu xan” adını qəbul edir. O, II Təhmasibə, ilk növbədə,təsir qüvvəsi get-gedə böyük sürətlə artan Fətəli Xan Qacarı neytrallaşdırmaqdan ötrü lazım idi.

Məlik Mahmud idarəçiliyinin mərkəzi olan Məşhəd şəhəri alınan zaman Şah II Təhmasibin əmri ilə Fətəli Xan Qacar öldürülür.Çünki Nadir onu Fətəli Xan Qacar ilə Məlik Mahmud arasında gizli sövdələşmənin olduğuna inandırmışdı.Bundan sonra, Nadir Xan şahın silahlı qüvvələrinin baş komandanı təyin olunur.Bir qədər keçmiş,Nadir Xan Məlik Mahmudun qoşunlarını əzir,üstəlik onun özünü də qətlə yetirir.Bundan sonra, Nadir Xanın saraydakı mövqeyi güclü şəkildə möhkəmlənir.

Hadisələrin sonrakı inkişafı göstərir ki, artıq 1727-ci ildən Nadir Xan II Təhmasib ilə də əlaqələri tam qırır və bütün Xorasanda özünün hökmranlığı uğrunda mübarizəyə başlayır. Nadir Xan nəzarətdən çıxmış kürd və türkmən qəbilələri, II Şah Təhmasibin qoşunları üzərində bir neçə qələbə qazanır. Şah özünün məğlubiyyətini etiraf edir və barışıq üçün yollar axtarır.Bu arada, Nadir Xan bir sıra qətiyyətli yürüşlər vasditəsilə ayrı-ayrı hissələrə parçalanmış Qızılbaş Dövlətinin bütün şimal-şərqini ələ keçirərək birləşdirir. Qızılbaş Dövlətinin böyük hissəsini ələ keçirən İfahanda hökmdarlıq edən əfqan Şahı Əşrəf də artıq onun qabiliyyətli yürüşlərindən narahatlıq keçirməyə başlayır. Əşrəf öz qoşunlarını Xorasana-Nadir Xanın üzərinə yeridir. 1729-cu il 30 sentyabr tarixində Əfşar ordusu Mimandost çayı sahilindəki döyüşdə (Mimandost döyüşü) Əşrəfin farsdilli tacik-əfqan qoşunları darmadağın edilir.Bu parlaq qələbəsi ilə də Nadir Xan ölkənin yadellilərdən təmizlənməsi uğrunda mübarizəsinin başlanğıcını qoyur. Əşrəfin qoşunları Tehrana doğru geri çəkilərək oradan da İsfahana yönəlirlər. Nadir Xanın əfqanlar ilə haqq-hesab çəkəndən sonra Azərbaycan üzərinə yeriyəcəyini anladığı üçün Osmanlı Sultanı əfqan şahı olan Əşrəfin köməyinə böyük bir ordu göndərir.

1729-cu ilin 13 noyabr tarixində İsfahan şəhəri yaxınlığında Nadir Xan ilə Əşrəf arasında həlledici döyüş (İsfahan döyüşü) baş verdi. Bu dəfə Nadir Xan birləşmiş əfqan-osmanlı qoşunları üzərində parlaq qələbə qazandı.Onların gözü elə qorxur ki, həmin gün bir daha döyüşə girməyib İsfahandan geri çəkilirlər. Nadir Xan təntənəli şəkildə şəhərə girir və öz əlləri ilə Qızılbaş Dövləti hökmdar tacını II Təhmasibin başına qoyur. Üstündən bir qədər keçəndən sonra Nadir Xan öz qoşunlarını onun deyimi ilə tacikləri (əfqanları) təqib etməkdən ötrü Fars vilayətinə göndərir.Əfqan ordusunun qaçhaqaçında Əşrəf öldürülür və bu da döyüşün taleyini həll edir. Qızılbaş Dövlətinin şərqi taciklərdən təmizlənir. İndi qarşıda yalnız Azərbaycanı və onun yaxınlığındakı torpaqları Osmanlı Dövlətindən azad etmək qalırdı.1731-ci ildə Əfşar ordusunun hərbi əməliyyatları nəticəsində Nadir Xan Osmanlı qoşunlarını əzərək Azərbaycanı, Həmədan və Kirmanşah şəhərlərini azad edir. Osmanlılar yalnız Arazdan şimalda qalırlar.

Şah II Təhmasib özünün zəifləmiş nüfuzunu bərpa etməkdən ötrü həmin əyalətləri Əfşar ordusu olmadan Qızılbaş ordusu ilə şəxsən azad etmək qərarına gəlir. Ancaq 1731-ci ildə o, məğlub olaraq ölkə üçün biabırçı bir sülh müqaviləsi (Kirmanşah müqaviləsi) bağlayır. Araz çayının şimalındakı bütün ərazilər, eləcə də Kirmanşah əyalətlərindən biri Osmanlı Dövlətində qalır.

Nadir Xan 1732-ci ildə Osmanlı Dövləti ilə olan sülh müqaviləsini tanımaqdan imtina edir və qədim Türk törə ənənələrinə görə, xan və əyanların qurultayını çağırır. Qurultay Şah II Təhmasibi taxtdan salaraq, onun III Şah Abbas (1732-1736) adlandırılan səkkiz aylıq oğlunu şah elan edir. Faktiki olaraq bütün hakimiyyət Nadir Xanın əlində cəmləşir.Bundan sonra, Nadir Xan iki il ərzində bir-birinin ardınca qazandığı parlaq qələbələr ilə bütün Azərbaycanı və Şərqi Gürcüstanı Osmanlı qoşunlarından təmizləyir. Nadir Xanın həyatında ən böyük xətası və faciəsinə səbəb olacaq ən böyük yalnış qərarı Şahbanu Raziyə Sultan Səfəvi və ya Aləmyan Raziyə Bəyim Səfəvi ilə evlənməsi idi. Şahbanu Raziyə Sultan Sultan Hüseynin Fərda Sultandan olan qızı idi. 1700-cü ildə İsfahanda doğulmuşdur. 1718-ci ilin başlanğıcında Kaxetiyanın çarı II David (İmamqulu xan) ilə evləndirildi. Onun işi Qızılbaş Dövlətinə tabe olan Gürcüstanı başqa bir dövlətə meyl etməyə qoymamaq idi. Raziyə Sultan saraydan ayrıldıqdan 4 il sonra 1722-ci ilin 8 martında əfqanlar İsfahanı mühasirəyə alıb Şahı və ailəsini əsir aldılar.Bu xəbəri alan Raziyə Sultan həyat yoldaşına xəbər vermədən Tiflisdən ayrılıb Qızılbaş Dövlətinə yola düşdü.1722-ci ildə II Təhmasib Qəzvində özünü “şah”,Raziya Sultanı “naibə”, Fətəli Xanı isə “sərdar” təyin etdi. Nadir Xanı öz tərəfinə çəkmək üçün yeni Qızılbaş Şahı 1725-ci ildə bacısı Raziya Sultanla Nadir Xanın izdivacını etməyə məcbur oldu. Raziya Sultan əvvəlki həyat yoldaşı II David ilə başanmadan ikinci dəfə evlənmişdi. Lakin 1725-ci il 8 fevralda Səfəvi xanədanı üzvlərinin qonaqlıqda əfqanlar tərəfindən öldürülməsi izdivacı az uzatdı. Hədsiz gözəl olan bacısı Raziyanı yanına geri çağıran II Təhmasib Damğanda Nadirin qələbə qazanacağı təqdirdə Raziya ilə ona toy edəcəyini bildirmişdi. 1729-cu ildə izdivac əfqanlar tam qovulandan sonra baş tutdu.1736-cı ildə isə Nadir Şah olandan sonra üçüncü dəfə zat ali nigah təzələdi.

Abasqulu ağa Bakıxanovun yazdığına görə, Nadir Xanın sərkərdəlik istedadı Gəncə şəhərinin mühasirəsi zamanı özünü daha parlaq bir tərzdə göstərmişdi. O zaman Gəncədə Osmanlı qoşunlarının qarnizonu otururdu. Mühasirə tamam daralsa da, qarnizon Abdulla Paşadan kömək gələcəyi ümidi ilə təslm olmurdu. Abdulla Paşa Qarsda idi və özünün vədləri ilə mühasirədəkilərə ümid verirdi. Nadir Xan qoşunlarının bir hissəsini Gəncə qapısında qoyaraq 15 minlik döyüşçü götürüb Dağıstan yolunu bağlayır və Qars üzərinə hücuma keçir. Abdulla Paşa öz sərkərdəlik məharəti ilə ad çıxarmış Nadir Xan ilə döyüşə girməkdən boyun qaçırır və qalaya girib uzunmüddətli mühasirəyə hazırlaşır. Hadisələri sürətləndirmək məqsədilə Nadir Xan belə bir fənd işlədir: gecənin birində mühasirəni götürüb tələsik geri çəkilir. Aldanmış Abdulla Paşa 100 minlik qoşunu ilə qaladan çıxaraq Nadir Xanı İrəvana qədər təqib edir. Üçmiədzinin (Üçkilsə) cənub-qərbində qoşunu qəflətən geriyə döndərən Nadir Xan Osmanlı qoşunu ilə ölüm-dirim savaşına girir. Qəfil döyüş Osmanlı qoşununda vahimə yaradır və Nadir Xan bu dəfə tam qələbə qazanır.Bundan sonra, İrəvan qalasında və Tiflis qalasındakı Osmanlı qarnizonları ona döyüşsüz təslim olurlar.1735-ci ilin sonlarına doğru Qafqaz Osmanlı ordularından təmizlənir ki,bunu Nadir Xanın böyük qələbəsi hesab etmək olar. Rusiya İmperiyası Nadir Xanla savaşarsa onu ağır məğlubiyyət gözlədiyini hiss edir. Məğlubiyyətsiz savaşdan qurtulmaq üçün 1735-ci ildə Nadir Xanla “Gəncə müqaviləsi” imzalayır. Bağlanmış “Gəncə müqaviləsi”-nə görə, Rusiya hələ I Pyotrun işğal etdiyi Bakı və Dərbənd şəhərlərini və Xəzər sahilində işğal edilmiş bütün şəhərləri bu şərt ilə güzəştə getmişdi ki, Nadir Xan Osmanlı Dövləti ilə savaşı dayandırmayacaq və onunla separat sülhə getməyəcəkdi. Lakin Nadir Xan bu şərtləri pozur və 1736-cı ildə Osmanlı Dövləti ilə sülh sazişi imzalayır. Sazişə görə, Osmanlı Dövləti 1722-ci ilə qədər Qızılbaş Dövlətinə məxsus olmuş bütün torpaqları Nadir Xana qaytarır. Nadir Xan sülh müqaviləsindən sonra öz qoşunlarını Dağıstana yeridir,böyük əziyyətlə Qazıqumuğa qədər gedir.Yeni əldə olunmuş Azərbaycan vilayətinin hökmranlığını Nadir Xan qardaşı İbrahim Xana tapşırır.

Ardı var

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:37
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Fevral 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see140

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see129

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see120

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see119

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see118

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see112

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111

Maqnit qasırğası 24 saatdan çoxdur davam edir

30 May 2025 10:03see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri