Icma.az
close
up
RU
Böyük Azərbaycanın qürur ünvanı Nadir Şah Əfşar

Böyük Azərbaycanın qürur ünvanı Nadir Şah Əfşar

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Elşən Mirişli
Gəncə şəhəri,tarixçi

V Yazı

1740-cı ildə hindlilərin yalandan yaydıqları şayələr ilə Əfşar Dövlətinin paytaxtı Məşhəd şəhərində Nadir Şah Əfşarın ölüm xəbəri şəhər əhalisi içində çox sürətlə yayılır. Rzaqulu Xanın yaxın adamlarından biri olan Məhəmməd Hüseyn Xan Qacar (o, 1726-1759-cu illərdə Qacar tayfasının başçısı olmuşdu) onu təhrik edir ki, ehtiyatla hakimiyyətə əsas namizədlərdən olan II Təhmasib və onun iki oğlunu öldürsün. Ona görə ki, Nadir Şahın ölümü doğru olsa, Səbzivarda Səfəvi məhbuslarının xeyrinə qiyam atəşi alovlanacaq və onun da odu sürətlə ölkənin hər yerinə yayıla bilər ki, bunun da nəticəsi naibus-səltənə Rzaqulu Mirzə üçün qorxulu ola bilər. Bəzi dölət adamları, o cümlədən Rəhim Sultan Mərvi Məhəmməd Hüseyn Xanın dediklərini təsdiq edir. Rzaqulu Mirzə Əfşar iki gündən sonra sabiq Qızılbaş Şahı II Təhmasib və onun iki oğlunu öldürməyi qərara alır və Məhəmməd Hüseyn Qacarı bu işi yerinə yetirmək üçün Səbzivara göndərir.

Məhəmməd Hüseyn Xan Qacar, II Təhmasib və ailəsi həbs olunan binaya daxil olan kimi II Təhmasib hadisəni ailəsinə bildirir. Ailə nailə çəkməyə və ağlamağa başlayır. Məhəmməd Hüseyn Xan Qacar içəri girib gətirdiyi iplə II Təhmasibi boğur. II Təhmasibin 8 yaşlı oğlu III Abbas özünü atasının cənazəsinin üstünə atır. Məhəmməd Hüseyn xan onu da boğur. İkinci oğlu İsmayıl Mirzəni quyuya atır.Bir şəxs də onu quyudan çıxarır. İsmayıl Mirzə gəlib özünü ata və qardaşının cənazəsi üstünə yıxır. Məhəməd Hüseyn Xan Qacar İsmayıl Mirzənin başını kəsir.Bu hadisə səbzivarda böyük şivən və dəhşətə səbəb olur. Əhali bir neçə gün matəm saxlayır. Sonra öldürülənlərin üçünün də cənazəsi Məşgədə aparılıb,orada dəfn edilir.

1740-cı ildə Nadir Şah Əfşar uzaq şərqə doğru səfərə çıxanda bu hadisələr baş verdi. Paytaxtı idarə etməyi oğlu Rzaqulu Mirzəyə, Azərbaycanı isə qardaşı İbrahim Xan Əfşara tapşırmışdı. Lakin Şahbanu olaraq güc yenə də Raziya Sultanda idi. Raziyanın oğlanları isə körpə idilər. Əfşarların bu iki şahzadəni sevməməsinin səbəbi analarının Raziya Sultan olması idi. Raziya Sultan nə İbrahim Mirzə, nə də Rzaqulu Mirzənin anası ilə yola getmirdi. Amma Raziya Sultan uşaqlığından Rzaqulu Mirzəni övladlarından ayırmayaraq ona da analıq etmişdi. Məhz buna görə də Nadir Şah Əfşar onu məsləhəti ilə 7 noyabr 1738-ci ildə Rzaqulu Mirzəni Dövlət vəkili və səltənət naibi təyin etmişdi. 1740-cı ildə Nadir Şahın paytaxtda olmamasından istifadə edən anti-Səfəvi qüvvələr işə başladılar.Başda da Raziya Sultanın rəqiblərindən olan Rzaqulu Mirzənin anasının yaxın adamı Məhəmməd Hüseyn Xan Qacar dururdu.Xan Nadir Şahın səfərdə olmasından istifadə edib Rzaqulu Mirzəyə Şah II Təhmasib və 2 oğlunu öldürməyi məsləhət gördü.Anasının və xanın doldurulmasına gələn Rzaqulu Mirzə Nadir Şahdan çəkinirdi. Lakin Rzaqulunun anası guya Raziya Sultanın onu öldürəcəyi yalanı ilə xeyli doldurdu və 1740-cı ildə qanlı gün baş verdi. II Təhmasib, III Abbas və İsmayıl Mirzənin ölüm xəbərini alan Səbzivar əhalisi Məhəmməd Hüseyn Qacar və Rzaquluya qarşı üsyana başladı.Onlar baş verənlərdə ata və onun iki oğlunu Kərbala şəhidlərinə, Məhəmməd Hüseyn Qacar ilə Rzaqulu Mirzəni Şimr və I Yezidə bənzədirdilər.Bu ərəfələrdə Nadir Şah Karnal savaşında Hindistan Teymuri İmperatorluğunun ordusunu darmadağın etmişdi.Bu qələbənin xəbərləri bir neçə müddətdən sonra Rzaqulu Mirzənin sarayına gəlib çatdı. Həmçinin Rzaqulu Mirzəyə bildirildi ki, Nadir Şah II Təhasib və onun iki oğlunun öldürülməsinə görə qəzəblənmişdi.

Rzaqulu Mirzə Əfşar atasının qələbəsi münasibətilə ziyafət verdi. Ziyafət zamanı Rzaqulu Mirzə Əfşarın arvadı Fatimə Bəyim qardaşı II Təhmasib və iki oğlunun öldürülməsini yaşlı bir tibb bacısından öyrəndi. Xəbəri eşidən Fatimə Bəyim huşunu itirdi və ayıldıqdan sonra da uzun müddət ağladı. Fatimə Bəyim Rzaqulunun yanında varlığını istəmirdi və israrla getməsini tələb edirdi. O, həmin gecə özünü ipək iplə asaraq intihar etdi. Onun ölüm xəbəri Fatimə Bəyimə güclü sevgi hissi olan Rzaquluya güclü təsir edib dəhşətli dərəcədə əbədi sarsıtdı.II Təhmasibin arvadı Şahpuri isə Şahbanu Raziya Sultanın himayəsinə gəldi.Az müddət sonra özünə qəsd edib intihar etdi. Bu hadisələr Şahbanu Raziya Sultanı çox sarsıtdı. Rzaqulu Mirzə və Nadir Şahdan intiqam almağı qərarlaşdırdı. Övladları ilə Məşhəddə qalmağın təhlükəli olduğunu biləndən sonra Raziya Sultan övladlarını Məşhəddən qaçırmağa müvəffəq oldu. Onları İsfahana gətirən Raziya yeni mübarizəyə başladı. Raziya bilirdi ki, Nadir Şahın olmamasından istifadə edənlər onun övladlarına qəsd edəcək. Nadir Şah geri döndü, olanlardan xəbər tutdu. Lakin Rzaqulunu bağışladı. Şahbanu Raziya Sultanı paytaxtdan qovub övladlarını tələb etdi.Bunları Nadir Şah Əfşara məsləhət görən qardaşı İbrahim Xan Əfşar idi. Şahbanu Raziya Sultan intiqam üçün ilk olaraq 1742-ci ildə Nadir Şahın qardaşı İbrahim Mirzəni Şirvan qiyamında öldürtdü.

1731-ci ilin yanvarında Rzaqulu Mirzə Əfşar Məşhəddə Raziya Sultanın bacısı Fatimə Bəyimlə evlənmişdi. Rzaqulu ilə Fatimə Bəyimin evlilik şənlikləri bir həftə davam etdi və Məşhədin kənarındakı bağlarda qeyd edildi.Bildirilir ki, bu evlilik zamanı göy cisimlərində qəribə hərəkətlər hiss edilmiş,bundan sonra da toya gələn qonaqlar Əbivərd kənarına ovlanmağa getmiş, bir neçə həftə sonra da Novruz bayramının gəlişini qeyd etmişdilər.1734-cü ilin Novruz bayramı günlərində Fatimə Bəyim oğlan övladı dünyaya gətirdi. Nadir Xan öz nəvəsinə Şahrux adı verdi. O, bu adı Əmir Teymurun oğlu Şahrux Mirzə Barlasdan (1409-1447) götürmüş, bununla da Əmir Teymura (1370-1405) olan heyranlığını göstərmişdi. Nadir Xan Əfşar Raziyə Sultan Səfəvi ilə evlənərkən, Rzaqulu onun bacısı Fatimə Bəyim ilə aiə həyatı qurdu. Rzaqulunun Fatimə Bəyim ilə evləndirilməsi öz soyunu Səfəvi sülaləsi ilə birləşdirməsi demək idi. Nadir Şah və oğlu Rzaqulu Mirzə Qızılbaş Dövləti Şahı Sultan Hüseynin (1694-1722) qızları ilə evlənmişdilər. Bu amil gələcəkdə Rzaqulu Mirzə ilə Fatimənin oğlu olan Şahruxun şah elan edilməsində mühüm rol oynamışdı. 1725-ci ildə Nadir Şah Raziya Sultanla evlənmişdi. 1729-cu ildə bu izdivac təzələndi. 1736-cı ildə isə Nadir Xan Şah olandan sonra üçüncü dəfə zat ali nigah təzələdi. Rzaqulu Mirzə isə 1731-ci ildə xalası Fatimə Bəyim ilə evlənmişdi.

Rzaqulunun Məşhəddəki naibliyinin ilk üç ayını 12 min döyüşçüdən ibarət cəyayirçilərdən ibarət xüsusi korpus təşkil etməyə həsr etdi. O, bu əsgərləri qızıldan hazırlanmış zirehlə,qızıl və gümüşlə bəzədilmiş silahlarla təchiz etdi. Bundan sonra o, atasının ilkin əmrlərinə qarşı çıxmağa başladı. O, imperiya daxilindəki valilərin daxili işlərinə müdaxilə etməyə, ona məsləhətçi kimi təyin edilmiş insanları vəzifədən çıxarmağa və onların yerinə öz adamlarını seçməyə başladı.

Bu zaman Əfşar İmperiyasında Nadir Şahın ordusunu və dövlət məmurlarını saxlamaq üçün çox yüksək vergilər toplanmaqda idi. Ordunu saxlamaq üçün vergilər çox yüksək idi və şahın adamları insanlardan vergi toplamaq üçün bütün yollara əl atırdılar. Rzaqulu Mirzə Əfşarın şəxsi ordusu bu problemin daha da böyüməsinə səbəb oldu. Əmisi oğlu Əliqulu Xan tərəfindən ona yazılmış məktubda bildirilirdi ki, bu ordu paytaxt Məşhədin tamamilə iflas etməsinə səbəb olacaqdır.Bu problemi həll etmək üçün Rzaqulu Mirzə Əfşar Moskva Şirkətinin nümayəndələri kapitan Con Eltona və Mungo Graemeyə ticarət haqları verdi.Bundan başqa, o imperiyanın fərqli yerlərinə öz adamlarını göndərərək vergi toplanmasını daha da yaxşılaşdırmağa çalışdı. Əfşar İmperiyasındadakı ən yüksək rütbəli şəxslər belə Rzaqulunun nümayəndələrinin tələblərini rədd edə bilməzdilər, çünki tələblərdən imtinaya görə qəddarlıqla cavab verilirdi. Hollandiyalılar tərəfindən hazırlanmış hesabata görə, Rzaqulu çox qəddar idi və cüzi cinayətlərinə görə insanları edam etdirə bilərdi. O, həm də ədalətli hökmdar kimi təsvir olunur, məsələn Şiraz valisi Məhəmməd Təqi Xanın Şiraz şəhər əhalisinə zülmünü davam etdirməsinin qarşısını almışdı.

Rzaqulu ,eyni zamanda ipək ticarəti üzərində də inhisara malik idi. O, ipəyi bazara daxil edir,alır və barter edirdi.Bütün bu əməliyyatlar yalnız onun qurumu vasitəsiylə həyata keçirilə bilərdi. Müvafiq olaraq, Rzaqulunun Əfşar İmperiyasının ən zəngin adamlarından birinə çevrildiyi də məlum olur.Atasına yazmış olduğu məktubda o, 150 milyon tümənə sahib olduğunu deyirdi.Cavabında Nadir Şah ondan bu qədər pulu necə topladığını soruşduqda özünün “artıq tacirə çevrildiyini və indi ticarətlə məşğul olduğunu” bildirmişdi.

1740-cı ildən etibarən Nadir Şah Əfşarın Hindistandakı fəaliyyəti barədə heç bir məlumat Rzaqulunun sarayına çatmadı və onun öldüyü barədə şayələr dolaşmağa başladı. Rzaqulu atasının yeri haqqında ümumi əhalidən daha yaxşı məlumatlı olsa da, 1740-cı ilin yazında ünsiyyətin kəsilməsi Nadir Şahın mövqeyini qeyri-müəyyənlikdə qoydu.Beləliklə, Rzaqulu özünü taxta çıxmış hökmdar kimi aparmağa başladı,yeni sikkə zərbi və gerb hazırlatdı. Rzaqulunun tacqoyma mərasimi üçün səltənətin böyük adamları yenidən Muğan düzünə toplanmalı idi.

Rzaqulu Mirzə Əfşar atası və ordusunun Hindistandan geri dönməyə başladığı xəbərini aldıqdan sonra cəyayirçilər ordu korpusu ilə onları yolun ortasında qarşılamağa başladı. 25 iyun 1740-cı ildə o, Heratın şimalında düşərgə salmış atasının ordusuna tərəf öz ordu korpusu cəyayirçilər ilə hərəkət etdi. O, Nadir Şahın yanına getdiyi zaman atası filin üzərində idi.Ata-bala görüşdükdən sonra Nadir Şah onu salamladı və düşərgəsinə dəvət etdi. Qaynaqlar bildirir ki, oğlunun ordusunu fil üzərindən izləyən Nadir Şah onu belə bir ordu düzəltməyə övsə də, əslində oğlunun ordusunun görünüşünün dəbdəbəli görünməsindən narahat olmuşdu, çünki o, dəbdəbəni sevmirdi.Beləliklə, o, oğlunun ordusunu dağıtdı, döyüşçüləri isə özünün komandanları arasında paylaşdırdı.Bundan sonra o, Rzaqulunu onun yoxluğundakı davranışlarına görə tənqid etdi, III Abbasın, İsmayıl Mirzənin və II Təhmasibin ölümlərinə görə ittiham etdi.Bütün bunlara görə, o, Rzaqulu Mirzəni imperiya naibliyindən endirib yerinə kiçik oğlu Murtəza Mirzəni naib elan etdi.Bu o demək idi ki, artıq atasının varisi Murtəza Mirzə oldu. O, Məşhədə yerləşərək adını Nəsrullah Mirzəyə dəyişdirdi.

Nadir Şahın Orta Asiyaya həyata keçirdiyi yürüş zamanı Rzaqulu Mirzə orduda təminat zabiti kimi xidmət edirdi.Bu qısa yürüş zamanı Nadir Şah Əfşar nəhayətki tam olaraq Buxara Xanı Əbülfeyz Xanı tabe edə bildi.Bu vassallığı əsaslandırmaq üçün Əbülfeyz Xan öz qəzlarından ikisini Nadir Şahın ailəsindən olanlarla evləndirməyi təklif etdi. Böyük bacı olan Manicə Rzaqulu ilə, onun kiçik bacısı isə Nadirin qardaşının oğlu Əliqulu ilə evləndirilməli idi. Rzaqulu Mirzə Manicə ilə evlənməkdən imtina etdi. Qaynaqlarda bunun əsl səbəbi dəqiq göstərilməməkdədir. Bəziləri onun kiçik qızına çox bağlı olduğu, Əliqulu Xana həsəd apardığı və ya arvadı Fatimə Bəyimin intihar edərək özünü öldürməsindən sonra yeni evliliyə hazır olmadığı ilə əlaqələndirirlər. Sonda Rzaqulu qızların heç biri ilə evlənmədi. Manicə ilə Nadir Şah Əfşarın özü evləndi. Əliqulu da avvəlcədən planlaşdırıldığı kimi kiçik bacı ilə ailə həyatı qurdu.

1741-ci ilin martında Nadir Şah Əfşarın Şimali Qafqaza yürüşü başladı.Rzaqulu bu yürüşdə iştirak edirdi və ordu komandanlarından biri təyin edilmişdi.Bu yürüş zamanı atası tərəfindən dəfələrlə alçaldılan Rzaqulu açıq bir şəkildə onu müharibə və fəth həvəsinə görə tənqid etdi. Onun bu sözləri Nadir Şaha çatdırıldı.15 mayda Nadir Şah Mazandaran meşələrində olarkən sui-qəsdə məruz qaldı və yaralandı.O, düşərgəsindəki insanları kütləvi şəkildə dindirməyə başladı, lakin sui-qəsddə Rzaqulunun əli olduğunu əvvəlcədən düşünürdü.1742-ci ilin yayında sui-qəsdçi olaraq təqdim edilən Nik Qadam adlı şəxs günahını etiraf etdi və ona bu işi etməyin Rzaqulu tərəfindən tapşırıldığını bildirdi. Əslində bu sui-qəsd Şahbanu Raziyə Sultan tərəfindən tərtib edilmiş və onun öyrətməsi ilə Nik Qadam adlı şəxs yalandan bu sui-qəsdin Rzaqulu tərəfindən ona tapşırıldığını söyləmişdi. Nadir Şah oğluna bu barədə məlumat verdiyi zaman Rzaqulu bu yalan xəbərdən qəzəblənərək qılınc çəkdi və atası tərəfindən həbs edildi.Bir çox yüksək vəzifəli şəxslər Rzaquludan günahını etiraf etməyi və atasından bağışlanmasını istəməyi xahiş etsələr də,o,bunu etmədiyi və günahsız olduğu üçün rədd etdi. Nəhayət, Nadir Şah oğlunun kor olmasını əmr etdi, lakin oyulmuş gözləri ona təqdim edildikdən sonra çox keçmədən peşiman oldu. Mərvi, Nadir Şahın oğlunu kor etdikdən sonra ondan sonra dövləti idarə edəcək güclü varisin olmaması səbəbi ilə fiziki pisləşmə və qeyri sabitlik əlamətləri göstərməyə başladığını bildirmişdi.Bildirilir ki, oğlunun gözlərini çıxartdırdıqdan üç gün sonra oğlunu ziyarət etməyə gələn Nadir Şaha Rzaqulu Mirzə bu sözləri demişdir: “Sən bilmirsən ki,mənim gözlərimi çıxartdırmaqla sən məni yox özünü kor etdin və bütün həyatını məhv etdin”.

Ardı var

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Aprel 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see131

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see130

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see130

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see129

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see127

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see126

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see126

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see124

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see122

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see120

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see119

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see118

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see116

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see116

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see116

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see116

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see115

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri